Fact-info.az xəbər verir ki, bunu BMT baş katibinin nümayəndəsi Stefan Düjarrik deyib.
“Baş katib Rusiyanın Odessadakı liman obyektlərinə və Ukraynanın digər Qara dəniz limanlarına zərbələrini qətiyyətlə pisləyir. Mülki infrastrukturun məhv edilməsi beynəlxalq humanitar hüququn pozulması ola bilər”, - deyə Dujarrik bildirib.
Onun sözlərinə görə, bu zərbələr Rusiya Federasiyasının BMT ilə Anlaşma Memorandumu çərçivəsində üzərinə götürdüyü öhdəliklərə ziddir.
Xatırladaq ki, Ukrayna Silahlı Qüvvələri Odessada maddi-texniki təchizat obyektlərinə və inzibati binaya ziyan dəydiyini bildirib. Nikolayev vilayətinin başçısı bildirib ki, atışma nəticəsində uşaqlar da daxil olmaqla 9 nəfər yaralanıb, ölənlər var. Rusiya Müdafiə Nazirliyi mülki hədəflərə zərbələr endirmədiyini iddia edir.
Baxış sayı: 210
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia

