Fact-info.az xəbər verir ki, Ağdam təmsilçisi Bakı Olimpiya Stadionunda “Linkoln”u (Cəbəllütariq) qəbul edib.
Albaniyalı baş hakim Eldorjan Hamitinin idarə etdiyi matçda “Qarabağ”ın start heyətində Şahruddin Məhəmmədəliyev, Bəhlul Mustafazadə, Bədavi Hüseynov, Marko Veşoviç, Elvin Cəfərquliyev, Julio Romao, Marko Yankoviç, Yassin Benzia, Leandro Andrade, Abdullah Zubir və Redon Cica yer alıblar.
“Linkoln”un heyətində isə meydana Deyl Kolinq, Bernardu Lopeş, Con Sarcent, Nano, İbrahim Ayu, Mandi, Mustafa Yahaya, Liam Uoker, İtan Britto, Kike Qomes və Li Kasyaro çıxıblar.
Oyunun 7-ci dəqiqəsində “Qarabağ” klubu hesabı açıb. Abdullah Zubir adını tabloya yazdırıb. Birinci hissəyə əlavə olunmuş vaxtda Azərbaycan çempionu yenidən rəqib qapısına yol tapıb. Bu dəfə Bəhlul Mustafazadə hesab arasındakı fərqi artırıb.
Ağdam təmsilçisi fasiləyə üstün yollanıb – 2:0.
“Qarabağ” ikinci hissəyə də üstün başlayıb. Görüşün 49-cu dəqiqəsində “Qarabağ”ın hücumçusu Redon Cica rəqibi meydanın mərkəzinə dəvət edib. Matçın 62-ci dəqiqəsində Marko Yankoviç Ağdam təmsilçisinin dördüncü topunu “Linkoln”un qapısından keçirib.
Beləliklə, görüş “Qarabağ”ın 4:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Komandalar arasında iyulun 11-də “Viktoriya” stadionunda oynanılan ilk matçda “Qarabağ” 2:1 hesablı qələbə qazanıb. İki oyunun nəticəsinə görə, “Qarabağ” UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsinə yüksəlib. Komandamızın növbəti rəqibi Polşa çempionu “Rakuv” olacaq. Polşa klubu birinci mərhələdə Estoniyanın “Flora” komandasından üstün olub – 0:1, 3:0.
Baxış sayı: 211
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia

