Müdafiə Nazirliyinin mətbuat xidmətindən Fact-info.az-a bildirilib ki, 2023-cü ilin hazırlıq planına uyğun olaraq, Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində və Hərbi Hava Qüvvələrinin (HHQ) Təlim və Tədris Mərkəzində keçirilən "Ehtiyat zabit hazırlığı" kurslarının buraxılış mərasimləri keçirilib.
Mərasimlərdə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin, ölkəmizin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni ifa olunub.
Məzunlara Müdafiə Nazirliyi rəhbərliyinin təbrikləri çatdırılıb, onlara gələcək xidmətlərində uğurlar arzulanıb.
Kursları bitirən hərbi qulluqçular təhsil müddətində onlar üçün yaradılan şərait və təhsil prosesindən razılıqlarını bildirib, göstərilən etimadı doğrultmaq üçün qazandıqları bilik və bacarıqları gələcək xidmətlərində inamla tətbiq edəcəklərinə, Azərbaycan Ordusunun hərbi qulluqçusu adını şərəflə daşıyacaqlarına söz veriblər.
Sonda məzunlara sertifikatlar təqdim olunub və xatirə şəkilləri çəkdirilib.
Baxış sayı: 241
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia

