FACT-INFO.AZ » MƏDƏNİYYƏT » BMT-nin Cenevrədəki ofisində “Heydər Əliyev həyatının 100 anı” kitabının təqdimatı olub
19-07-2023, 14:20 | MƏDƏNİYYƏT
BMT-nin Cenevrədəki ofisində “Heydər Əliyev həyatının 100 anı” kitabının təqdimatı olub

Birləşmiş Millətlər Təşkilatının (BMT) Cenevrə ofisində keçirilən təqdimat BMT-nin Cenevrədəki Qərargahının, ofisinin, Azərbaycan Respublikasının BMT-nin Cenevrə şəhərindəki bölməsində və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəliyinin və “Azərbaycanım” beynəlxalq jurnalı tərəfindən birgə təşkil olunub.

Təqdimat mərasimində çıxış edən Birləşmiş Millətlər Təşkilatının Cenevrədəki Bölməsinin Baş direktoru xanım Valovaya Tatyana Dmitrievna dünyanın ən nüfuzlu və universal təşkilatı olmasını nəzərə alaraq Heydər Əliyevin BMT-Azərbaycan əlaqələrinə xüsusi önəm verməsi barədə fikirlərini bölüşərək, bu sahədə Ulu Öndər Heydər Əliyevin çoxşaxəli fəaliyyətindən, dahi şəxsiyyətin dünyada və regionda baş verən siyasi hadisə və prosesləri dərindən və hərtərəfli təhlil edərək, ilk növbədə, Azərbaycanın beynəlxalq təşkilatlarda təmsil olunmasında səylərindən danışıb.

Sonra Birləşmiş Millətlər Təşkilatının Cenevrə ofisinin Baş direktorunun Kabinet rəhbəri, həmçinin “Heydər Əliyev həyatının 100 anı” kitabının redaksiya heyətinin üzvü David Çikvaidze çıxış edib. Heydər Əliyevlə görüşlərinin təəssüratını bölüşən natiq bildirib ki, dünyaşöhrətli siyasi xadim Heydər Əliyev mahir dövlət qurucusu kimi öz strateji fəaliyyəti ilə ölkəsinin və xalqının işıqlı gələcəyini uzunmüddətli perspektivdə bacarıqlı, davamlı və uğurlu idarəetmə ilə möhkəmləndirməyə nail olub.

D.Çikvaidze Azərbaycana ilk dəfə 1994-cü ilin dekabrında BMT nümayəndə heyətinin tərkibində ölkənin çətin vaxtlarında humanitar ehtiyaclarının müzakirəsi üçün səfər etdiyini xatırlayıb.

“Nümayəndə heyəti ölkəsini xilas etmək və onu SSRİ-nin süqutundan sonra düşdüyü dərin böhrandan çıxarmaq üçün yenicə hakimiyyətə qayıtmış Prezident Heydər Əliyev tərəfindən qəbul olundu. Heydər Əliyev BMT nümayəndə heyətinin hər bir üzvünü şəxsən salamladı. O, ölkədəki vəziyyəti dərindən təhlil edərək yaranmış durumun Cənubi Qafqaza və bütün Avrasiyaya təsirindən bəhs etdi və bu bizi çox mütəəssir etdi. Biz bilirdik ki, O, adi bir siyasətçi deyil, müasir tarixin mühüm bir simasıdır”, - deyə Çikvaidze əlavə edib.

Heydər Əliyevin qurduğu dövlətin əsasları Prezident İlham Əliyevin rəhbərliyi altında dayanmadan möhkəmlənməyə davam etdiyini xatırladan D.Çikvaidze deyib: “Azərbaycan, həmçinin BMT-nin fəal və konstruktiv üzvüdür”.

Təqdimat mərasimində çıxış edən Azərbaycan və ingilis dillərində nəşr olunan “Heydər Əliyev həyatının 100 anı” kitabının müəllifi, “Azərbaycanım” beynəlxalq jurnalının baş redaktoru, Beynəlxalq Elmlər Akademiyasının müxbir üzvü Emil Nəsirli bildirdi ki, Ulu Öndər Heydər Əliyev dahi bir şəxsiyyət kimi ölkəni parçalanmaq təhlükəsindən qurtarıb və Azərbaycanı dünyanın tanınan, stabil inkişaf edən dövlətlərindən birinə çevirib. Müstəsna xidmətləri ilə əbədilik qazanan Ümummilli Lider Heydər Əliyevin mənalı həyat yolu, zəngin və çoxşaxəli irsi tükənməz ibrət məktəbidir.

Ulu Öndərimizin şərəfli ömür yolundan, Vətənimiz qarşısında tarixi xidmətlərindən danışan müəllif Emil Nəsirli qeyd edib ki, Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi illərdə uzaqgörən daxili və xarici siyasəti nəticəsində ölkəmizin beynəlxalq aləmdəki nüfuzu artıb, hərtərəfli inkişafa nail olunub, müstəqilliyimizin əbədi və dönməz olması təmin edilib.

Ümummilli Liderin çox bacarıqlı, son dərəcə təcrübəli dövlət başçısı və yetkin siyasi xadim olduğunu diqqətə çatdıran müəllif deyib ki, Azərbaycanın böyük oğlu çətin və mürəkkəb vəzifələrin öhdəsindən müvəffəqiyyətlə və böyük ustalıqla gəlmək bacarığı ilə hər zaman insanları heyran qoyub. Ölkəmizin sistemli şəkildə dünya birliyinə inteqrasiya olunmasında ikitərəfli və çoxtərəfli siyasi münasibətlərin genişlənməsi istiqamətində atılan addımlar mühüm əhəmiyyət kəsb edir. Bu baxımdan Xəzər dənizinin Azərbaycan sektorundakı neft yataqlarının istismarına dair 1994-cü il sentyabrın 20-də imzalanmış "Əsrin müqaviləsi” ölkəmizin dünya dövlətləri ilə qarşılıqlı əlaqələrinin dərinləşməsi və beynəlxalq mövqelərinin möhkəmləndirilməsinə güclü təkan verdi. "Əsrin müqaviləsi” və sonrakı illərdə imzalanmış çoxsaylı neft müqavilələri Azərbaycanın dünya birliyinə inteqrasiyasını sürətləndirdi. “1998-ci il sentyabrın 7-8-də 32 dövlətin və 13 beynəlxalq təşkilatın nümayəndələrinin iştirakı ilə tarixi Böyük İpək Yolunun bərpası üzrə keçirilmiş Bakı beynəlxalq konfransı və onun nəticələri Azərbaycanın xarici siyasətinin qazandığı ən mühüm nailiyyətlərindən biridir”, - deyə Emil Nəsirli vurğulayıb..

Daha sonra müəllifi olduğu “Ulu Öndər Heydər Əliyevin irsinə həsr olunmuş kitabların nəşri” beynəlxalq layihəsi çərçivəsində Azərbaycan və ingilis dillərində işıq üzü görmüş “Heydər Əliyev həyatının 100 anı” kitabı haqqında geniş məlumat verən Emil Nəsirli Ulu Öndərin göstərdiyi misilsiz xidmətlərdən söz açaraq, parlaq şəxsiyyətin fəaliyyətini araşdırdıqda Vətənini hədsiz dərəcədə sevən bir insanın ölkəsinin tarixinə, xalqına son dərəcə böyük sevgi və hörmətlə yanaşmasını heyrətamiz hiss kimi səciyyələndirib.

“Xalqını, dövlətini ürəkdən sevən, dövlətin müəyyənləşdirdiyi siyasi xəttə sədaqət göstərən, milli-mənəvi dəyərlərimizi təbliğ edən hər bir gənc dövlətçilik atributlarına hörmətlə yanaşır, tariximizin, milli-mənəvi dəyərlərimizin, dövlət sərhədlərimizin qorunmasını, Vətən, torpaq uğrunda mübarizəni özünün vətəndaşlıq borcu sayır. Zaman ötsə də, Azərbaycan xalqının böyük oğlu, tarixi şəxsiyyət Heydər Əliyev irsinə maraq azalmır, əksinə, insanlar bu böyük şəxsiyyətin həyat və fəaliyyəti ilə daha yaxından tanış olmaq istəyirlər”, - deyə “Azərbaycanım” beynəlxalq jurnalının baş redaktoru Emil Nəsirli qeyd edib.

Natiq bildirib ki, Ulu Öndər bütün fəaliyyəti boyu qabaqcıl və mütərəqqi qüvvələrə arxa, dayaq olmuş, xalqı ardınca aparmışdır. Bu gün xalqımız Ümummilli Liderin siyasi varisi - yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını dərindən bilən Azərbaycan Prezidenti İlham Əliyevin və Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın ətrafında sıx birləşmişdir.

“Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi istər birinci, istərsə də ikinci dövr minilliklər boyu davam edən dövlətçilik tariximizin şanlı səhifəsinə çevrilib. Bu gün Azərbaycanın ictimai-siyasi, sosial-iqtisadi, mədəni həyatının elə bir sahəsi yoxdur ki, o sahənin inkişafı Ulu Öndərin adı ilə bağlı olmasın”, - deyə müəllif Emil Nəsirli vurğulayıb.

Qırğız Respublikasının BMT-nin Cenevrədəki Bölməsi və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi Ömər Sultanov, Türkiyə Respublikasının BMT-nin Cenevrədəki Bölməsi və İsveçrədəki digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi Güven Begeç, Azərbaycan Respublikasının BMT-nin Cenevrədəki Bölməsi və digər beynəlxalq təşkilatlar yanında Daimi Nümayəndəliyinin müvəqqəti işlər vəkili Dilarə Abdullayeva çıxışlarında Ümummilli Lider Heydər Əliyevin zəngin mənalı həyat və fəaliyyətinin mühüm hissələrinə toxunublar. Ulu Öndər Heydər Əliyevin siyasi və diplomatik sahədə Azərbaycana qazandırdığı böyük uğurlardan bəhs edib.

Sonra tədbirdə təqdimatı keçirilən kitabın videoslaydı təqdim olunub.




Baxış sayı: 238
Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq Bu gün, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib Bu gün, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər Bu gün, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır Bu gün, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir Bu gün, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub Bu gün, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib Bu gün, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb Bu gün, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub Bu gün, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub Dünən, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib Dünən, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb Dünən, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» Dünən, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan Dünən, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb Dünən, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib Dünən, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir Dünən, 10:30 Parisdə Zəfər Gününə həsr olunmuş musiqi gecəsi təşkil edilib Dünən, 10:30 Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram Dünən, 10:00 Azərbaycanın ideoloji təhlükəsizliyi milli suverenliyin qorunmasının əsas şərtlərindəndir 4-11-2026, 20:30 Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanının özbək dilində nəşri təqdim olunub 4-11-2026, 20:00 Azerbaijan’s cultural heritage showcased at festival in South Korea 4-11-2026, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar 4-11-2026, 16:00 Ürək sağlamlığı diqqət mərkəzində 4-11-2026, 15:00 “Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” 4-11-2026, 14:30 Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub 4-11-2026, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib 4-11-2026, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb 4-11-2026, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu 4-11-2026, 09:00 Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib 3-11-2026, 19:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30