FACT-INFO.AZ » XƏBƏR » Bu gün Şəhid Natiq Məmmədbəylinin doğum günüdür
18-07-2023, 14:30 | XƏBƏR
Bu gün Şəhid Natiq Məmmədbəylinin doğum günüdür

Biz Xəzər rayonu Şağan qəsəbəsinə gələndə Natiq Məmmədbəylinin evini tapmaq çətin olmadı. Yaşadığı küçənin girişində dalğalanan şanlı Azərbaycan bayrağı və şəhidin böyük bir şəkli olan lövhəsi onun bu məhəllədə yaşadığından xəbər verirdi.

Natiq Vahid oğlu 18 iyul 1993-cü ildə Xəzər rayonu Şağan qəsəbəsində anadan olub. 2011-ci ildə hərbi xidmətə yollanan Natiq Murovdağda xidmət edib. 29 sentyabr 2020-ci ildə könüllü olaraq Vətən müharibəsinə qatılıb. Füzuli, Cəbrayıl, Hadrut və Xocavənd istiqamətində gedən döyüşlərdə iştirak edib. 20 oktyabr 2020-ci ildə Xocavənd istiqamətində gedən döyüşlərdə Şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən Natiq Məmmədbəyli “Vətən uğrunda” medalı ilə təltif edildi. Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq igidlik nümayiş etdirdiyinə görə, Azərbaycan Prezidenti İlham Əliyevin 25 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən Natiq Məmmədbəyli ölümündən sonra “Xocavəndin azad olunmasına görə” medalı ilə təltif edildi. 

Şəhidimizin anası Güldanə xanımın Natiq haqqında fikirləri belə oldu: “Bütün Şəhidlər kimi Natiq də seçilmiş insanlardan biri idi. Mən Şəhid anaları ilə söhbət edən zaman hiss edirəm ki, bu qəhrəmanlar bir sıra keyfiyyətlərinə, milli dəyərlərə sadiqliyinə görə, çox oxşardırlar. General Polad Həşimov qəhrəmancasına dünyasın dəyişdikdən sonra Natiq deyirdi ki, mən də cəbhəyə, döyüşə gedəcəm. Mən onu saxlaya bilməzdim. Nəhayət o, 2020-ci ilin senyabrın 29-da könüllü olaraq, sevinə-sevinə döyüşə getdi. Natiq sürücü idi. Lakin o, cəbhəyə gedən kimi, silah götürüb döyüşə başlayıb. Onun döyüş yoldaşları danışırdı ki, Natiq qorxu nə olduğun bilmədən Füzuli, Cəbrayıl, Hadrut və Xocavənd istiqamətində gedən döyüşlərdə şücaət göstərib”.

Şəhidimizin anası Güldanə xanım Natiqin nişanlı olduğunu və pandemiya səbəbindən toy edə bilmədiklərini bildirib: “Biz düşünürdük pandemiya bir az səngisin. Toylara icazə verilsin, sonra biz də Natiqi evləndirək. Lakin oğlum döyüşə getməyi qərar verdi və Şəhidlik zirvəsinə ucaldı. Bu gün bizim təsəllimiz odur ki, torpaqlarımız işğaldan azad olub. Ordumuz qəhrəmanlıq göstərib. Mən övladımla fəxr edirəm. Heç yadımdan çıxmır. Natiq könüllü gedəndə mənə demişdi: “Sən öğlunla fəxr edəcəksən. Biz qələbə qazanacağıq”. Mən o zaman Natiqin nə dediyini anlamadım. Sonradan mənə aydın olur ki, Natiq Şəhidlik zirvəsinə ucalmağı nəzərdə tuturmuş. Sanki o, hər şeyi hiss edirdi. Allah bütün Şəhidlərimizə rəhmət eləsin”. 

Biz media nümayəndəsi olaraq, Şəhidlərimizin məkanı cənnət, ruhu şad olsun deyirik. 

Fact-info.az





Baxış sayı: 484
Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq Bu gün, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib Bu gün, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər Bu gün, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır Bu gün, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir Bu gün, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub Bu gün, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib Bu gün, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb Bu gün, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub Bu gün, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub Dünən, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib Dünən, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb Dünən, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» Dünən, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan Dünən, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb Dünən, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib Dünən, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir Dünən, 10:30 Parisdə Zəfər Gününə həsr olunmuş musiqi gecəsi təşkil edilib Dünən, 10:30 Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram Dünən, 10:00 Azərbaycanın ideoloji təhlükəsizliyi milli suverenliyin qorunmasının əsas şərtlərindəndir 4-11-2026, 20:30 Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanının özbək dilində nəşri təqdim olunub 4-11-2026, 20:00 Azerbaijan’s cultural heritage showcased at festival in South Korea 4-11-2026, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar 4-11-2026, 16:00 Ürək sağlamlığı diqqət mərkəzində 4-11-2026, 15:00 “Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” 4-11-2026, 14:30 Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub 4-11-2026, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib 4-11-2026, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb 4-11-2026, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu 4-11-2026, 09:00 Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib 3-11-2026, 19:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30