FACT-INFO.AZ » XƏBƏR » Ukraynada müharibə cinayətlərini ifşa edən azərbaycanlı
17-07-2023, 10:05 | XƏBƏR
Ukraynada müharibə cinayətlərini ifşa edən azərbaycanlı

Əslən Azərbaycanın Ağdam rayonundan olan, Ukraynada doğulub başa çatan Ceyn Əliyeva hazırda müxtəlif Qərb ölkələrinin mütəxəssisləri ilə çalışan “PayBack4Ukraine” beynəlxalq hüquq təşkilatının rəhbəridir. Bu fəaliyyətdə onun tərəfdaşları məşhur britaniyalı fotoqraf Djayls Dyuli, Britaniya Kral ordusunun keçmiş polkovniki, tanınmış hərbi ekspert Tim Spayser, ingilis rəssam doktor Paulina Amos və digər məşhurlardır. Onların artıq bu istiqamətdə nailiyyətləri də var. Azərbaycanlı gəncin komandası ilə birgə həmçinin “Mama Jane” humanitar yardımlarla məşğul olan fondu da fəaliyyət göstərir.

Fact-info.az-ın məlumatına  görə, Ceyn Əliyeva “Report”un Şərqi Avropa bürosuna bildirib ki, onun beynəlxalq tərəfdaşları getdikcə çoxalır:

“Mən Azərbaycan əsilli ukraynalıyam. İngiltərədə və ABŞ-da təhsil almışam. Ailəm hər zaman Ukraynada yaşayıb. Əslən Qarabağdan olduğumuza görə, hazırda Ukraynada baş verən hadisələr mənə yad deyil. Arzum bu olub ki, 50 yaşından sonra xeyriyyə fəaliyyəti ilə məşğul olum, amma ölkədə müharibənin başlaması planlarımızı alt-üst etdi. Xeyriyyə fondu açmalı oldum. Bundan başqa, rəhbərlik etdiyim beynəlxalq hüquq şirkəti 1000-dən çox hüquqşünası özündə birləşdirir. Məqsədimiz müharibənin səbəbkarı olan Rusiyanın və müxtəlif şəxslərin aktivlərini dondurmaq və reparasiya formasında Ukraynaya verilməsini təmin etməkdir. Rusiyanın ukraynalılara vurduğu zərər və gətirdiyi ağrı-acı kompensasiya edilməlidir. Təmsil etdiyim şirkət “PayBack4Ukraine” adlanır. Adımız bizim işğalçılara qarşı münasibətimizdən xəbər verir. Əməkdaşlarımızın hamısı hüquq sahəsini təmsil edən əcnəbilər və xarici şirkətlərdir. Komandamızın üzvləri təmənnasız fəaliyyət göstərirlər. Şirkətin siması reparasiyaların verilməsi üzrə çoxsaylı məhkəmə işlərində qalib gəlmiş tanınmış vəkil Ceyson Makyudur. Biz ABŞ, Kanada, İsrail, Böyük Britaniya və Avropa ölkələri ilə işləyirik. 2022-ci ilin noyabrında London məhkəməsində “Vaqner” hərbi şirkəti və onun rəhbəri Yevgeni Priqojinə qarşı ilk işimiz baş tutdu. Hazırda Ukraynadan uşaqların qanunsuz deportasiyası, dronlar, ekosid, mülki vətəndaşlara qarşı seksual zorakılıq və hərbçilərə qarşı işgəncə halları kimi işləri öyrənirik. Sonuncu məsələ ilə bağlı çox dəhşətli statistika var və buna görə də çalışırıq ki, bunu törədənlər cəzalarına çatsınlar. Bizi bütün dünyadan tanınmış şəxslər dəstəkləyirlər. Bunlara misal olaraq tanınmış dokumentalist-fotoqraf Cayls Dyulini və britaniyalı polkovnik Tim Spayseri göstərmək olar".

C.Əliyeva bildirib ki, rəhbərlik etdiyi “Mama Jane Charity Foundation” xeyriyyə fondu Rusiya işğalçılarından əziyyət çəkmiş ukraynalı analara və uşaqlara yardım üzrə ixtisaslaşıb:

"Hazırda üzərində işlədiyimiz daha bir layihə işğaldan əziyyət çəkmiş və ya deportasiya olunmuş uşaqlara Avropa ölkələrində psixoloji yardım göstərilməsini nəzərdə tutur. Gələn ay artıq ilk qrupu yola salacağıq. Bu baxımdan bir sıra böyük şirkətlər bizi dəstəkləyir. Fond daha çox humanitar problemlərlə məşğul olur. Bura əsasən ərzaq və ilkin zərurət məhsullarının təminatı daxildir”, - deyə, o əlavə edib.

C. Əliyeva Azərbaycan ilə bağlılığını da şərh edib:

“Biz əslən Qarabağdanıq. Atam Ağdam rayonunun Gülablı kəndində anadan olub. Ailəm artıq ikinci müharibədən keçir. Atam yanvarın 20-si anadan olub, buna görə də heç vaxt ad gününü qeyd etmir. Həmin vaxt Azərbaycan bəlkə də indi Ukraynanın yaşadığı hadisələrdən daha çox çətinliklərlə üzləşib. Ukrayna hadisələrilə 1990-cı illərin əvvəllərində Azərbaycanda baş verən hadisələr arasında oxşarlıqlar çoxdur. Məsələn, hər iki halda KİV yayımları dayandırılmışdı, Xocalı faciəsi Buça və Mariopul hadisələrindən də dəhşətlidir, amma təəssüf ki, bu barədə çox az adam bilir. Ukraynada bu məlumatlar paylaşılmalıdır ki, insanlar eyni səhvləri təkrarlamasınlar. Rusiya eyni cür hərəkət edir, sadəcə biz indi bununla üzləşmişik, deyə yalnız indi məsələnni fərqinə varırıq. Atam ömrünü Qarabağdan olan məcburi köçkünlərə yardım etməyə həsr edib. Atam həmin insanları evimizə gətirirdi, onlara yardım edirdi. İndi bütün bunları təhlil edəndə başa düşürəm ki, bu xüsusiyyət mənə qanla keçib. Baxmayaraq ki, 6 ildir Ukraynada yaşamıram, amma bura məni yenə də özünə çəkir və müharibə dövründə artıq 3-cü dəfədir ki, Ukraynaya gəlirəm. Artıq 1990-cı illərin əvvəllərində baş verən hadisələr barədə məlumat verə bilirəm. Ukraynada yaşayan azərbaycanlılar var ki, onlar da bu barədə danışırlar. Biz tarixdən dərs çıxarmalıyıq. Ukrayna özgələrinin səhvlərindən öyrənməlidir. Təəssüf ki, artıq bir çox səhvlər edilib və indi biz torpaqlarımızı geri qaytarmalı, insanlarımızı qətlə yetirən və zorakılığa məruz qoyan şəxsləri cəzalandırmalıyıq. Ümid edirəm ki, sonda ədalət zəfər çalacaq”, -deyə, azərbaycanlı gənc bildirib.




Baxış sayı: 211
Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq Bu gün, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib Bu gün, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər Bu gün, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır Bu gün, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir Bu gün, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub Bu gün, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib Bu gün, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb Bu gün, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub Bu gün, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub Dünən, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib Dünən, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb Dünən, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» Dünən, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan Dünən, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb Dünən, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib Dünən, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir Dünən, 10:30 Parisdə Zəfər Gününə həsr olunmuş musiqi gecəsi təşkil edilib Dünən, 10:30 Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram Dünən, 10:00 Azərbaycanın ideoloji təhlükəsizliyi milli suverenliyin qorunmasının əsas şərtlərindəndir 4-11-2026, 20:30 Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanının özbək dilində nəşri təqdim olunub 4-11-2026, 20:00 Azerbaijan’s cultural heritage showcased at festival in South Korea 4-11-2026, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar 4-11-2026, 16:00 Ürək sağlamlığı diqqət mərkəzində 4-11-2026, 15:00 “Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” 4-11-2026, 14:30 Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub 4-11-2026, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib 4-11-2026, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb 4-11-2026, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu 4-11-2026, 09:00 Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib 3-11-2026, 19:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30