Fact-info.az xəbər verir ki, layihə ötən il keçirilmiş “Regionlarda xalçaçılıq sənətinin inkişafına dəstək” layihəsinin davamı kimi nəzərdə tutulub.
“Azərbaycan xalçaçıları” İctimai Birliyinin sədri, sənətşünaslıq üzrə elmlər doktoru, professor Röya Tağıyevanın rəhbərliyi ilə keçirilmiş toplantı zamanı İB üzvləri layihənin məqsədi və məramı haqqında məlumatlandırılıb.
Bildirilib ki, layihə həmçinin mədəni irsimizi yaşatmaq, təbliğ etmək və araşdırmaq baxımından böyük əhəmiyyətə malikdir.
Qeyd edək ki, layihə çərçivəsində həyata keçiriləcək ustad dərsləri, görüşlər insanlar arasında xovsuz xalçalara marağı artırmaqla yanaşı, ondan müasir dizaynda istifadə imkanları haqqında fikir mübadiləsi imkanı yaradacaq. Bu istiqamətdə fəaliyyət planı hazırlanaraq, işçi qrupu yaradılıb və hazırda məlumatların toplanılması mərhələsinə başlanılıb.
Baxış sayı: 265
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia

