Fact-info.az. xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulun Bəylərbəyi stadionunda keçirilən “Türkiyə Əsrinin Qəhrəmanları” proqramında çıxışı zamanı söyləyib.
“15 iyul dövlət çevrilişinə cəhdi nə bu gün, nə də 7-70 ildən sonra biz özümüz unutmayacağıq və başqalarına da unutdurmayacağıq. Biz də millətimizə qarşı hər hansı məkrli ssenarinin reallaşmasına imkan verməyəcəyik”, - deyə o qeyd edib.
Ərdoğan vurğulayıb ki, çevriliş günlərində Türkiyə bütün dünyaya nümayiş etdirdi ki, “bütöv, bir ürək ola bilər”.
“Bizim tərəfimizdə 85 milyon insan var, göstərdik ki, milli iradəni tüfənglə, tankla, təyyarə ilə qazanmaq olmaz. Biz bir daha bütün işğalçılara xatırlatdıq ki, Türkiyə ələ keçirilə bilməz. 15 iyul bizim üçün şərəf günü, müstəqilliyimizin elan olunduğu gün idi”.
Baxış sayı: 189
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia

