Fact-info.az-ın məlumatına görə, bunu Trend-ə Milli Məclisin deputatı Elşən Musayev deyib.
"Sülh olacaqmı? Mütləq olacaq. Proseslər də buna doğru gedir. Hərgah, hərdən Paşinyan ictimai rəyi öz üzərindən yayındırmaq, prosesi uzatmaq üçün müəyyən cəhdlər edir. Amma onun bu cəhdləri səmərə verməyəcək. Ermənistanın ara-sıra törətdiyi təxribatların da nəticəsi olmayacaq. Çünki bu dövlət təslim olub, uduzub və qarşıdakı mərhələdə edə biləcəyi tək şey labüd sülhlə barışmaqdır.
Bütün dünya Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Bu, hələ 30 illik işğal dövründə də belə olub. Çünki Ermənistan haqsızdır, Ermənistan ifşa olunub, Ermənistan həmin 30 illik işğal dövründə də, sonra da özünü bütün beynəlxalq təşkilaltlarda biabır edib", - deyə deputat qeyd edib.
O bildirib ki, təbii, sülhün əsas şərtlərindən biri və ən önəmlisi Azərbaycanın ərazi bütövlüyünün tanınmasıdır.
"Ermənistan tərəfindən. Rəsmi şəkildə! Paşinyan isə bu kontekstdə artıq ismarıclarını verir, qapalı ifadələrlə də olsa razılığını bildirir və anlayır ki, Azərbaycanın ərazi bütövlüyünü qeyd-şərtsiz tanımaqdan və sülh müqaviləsini imzalamaqdan başqa çarə yoxdur.
Düşünürəm ki, sülh müqaviləsinin imzalanması tezliklə baş verəcək və bu hadisədən sonra bölgədəki vəziyyət təməlli şəkildə yaxşıya doğru dəyişəcək", - deyə E.Musayev əlavə edib.
Baxış sayı: 240
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia

