Fact-info.az xəbər verir ki, bunu "Bakinski raboçi" qəzetinə müsahibəsində AMEA-nın həqiqi üzvü, Əməkdar elm xadimi, Dövlət Mükafatı laureatı Yaqub Mahmudov deyib.
Yaqub Mahmudov bildirib: "Fikrimcə, erməni tərəfi 1918-ci il Batum razılaşmalarının və Batum müqavilələrinin bütün şərtlərini birtərəfli qaydada pozduğu üçün və bununla da göstərilən müqavilələr öz hüquqi qüvvəsini itirdiyinə görə Azərbaycan Xalq Cümhuriyyətinin qanuni varisi olan Azərbaycan Respublikası adekvat addım atmalıdır: Milli Məclisdə Azərbaycan Milli Şurasının xalqın iradəsini nəzərə almadan İrəvanın və ətrafındakı torpaqların ermənilərə verilməsi haqqında 29 may 1918-ci il tarixli qərarına yenidən baxılmalı və həmin qərar qüvvədən salınmalıdır.
Digər tərəfdən, Batum müqaviləsinə əsasən ermənilərə verilmiş 9 min kv. km-dən əlavə ermənilərin işğal etdiyi bütün torpaqlar, o cümlədən Qərbi Zəngəzur qeyd-şərtsiz Azərbaycana qaytarılmalıdır. Bütün bu məsələlərə Milli Məclisdə hüquqi-siyasi qiymət verilməlidir".
Sözügedən müsahibənin linki: https://br.az/politics/64436/povorotnaya-veha/
Baxış sayı: 179
Foreign Ministry: Restoration of Azerbaijan's state sovereignty opened new opportunities for ensuring lasting peace in the region
Foreign Ministry: We call on France to refrain from groundless and biased allegations against Azerbaijan
Participants of international conference visit Khojaly Genocide Memorial
Diplomatic corps representatives visit Shusha
BCAW2026 features roundtable on climate financing

