FACT-INFO.AZ » İQTİSADİYYAT » “Ötən 6 ayda da ölkəmizin sosial-iqtisadi göstəriciləri yüksəlib”
12-07-2023, 22:25 | İQTİSADİYYAT
“Ötən 6 ayda da ölkəmizin sosial-iqtisadi göstəriciləri yüksəlib”

Bu fikirləri kütləvi informasiya vasitələrinə açıqlamasında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib.

Onun sözlərinə görə, işğaldan azad edilmiş ərazilərimizin tez bir zamanda bərpası və ölkəmizin müdafiə qüdrətinin yüksəldilməsi dövlətimizin müəyyən etdiyi prioritet sahələrdən biridir: "Büdcə gəlirlərinin artması imkan verib ki, bu istiqamətdə işlər daha sürətlə və uğurla icra edilsin. Qısa müddətdə görülən işlərin nəticəsi odur ki, artıq Şərqi Zəngəzurda və Qarabağda həyat canlanır, sakinlərin öz ata-baba yurduna qayıdışı prosesi başlayıb. Orada tikinti-quruculuq işlərinin aparılması, müasir şəhər və kəndlərin salınması, infrastrukturun yaradılması, təbii ki, Azərbaycanın iqtisadi gücünü göstərir və bütün bu işləri dövlətimiz heç bir kənar kömək olmadan yalnız özünün maliyyə imkanları hesabına həyata keçirir. O ki qaldı ölkəmizin hərbi gücünə, sözsüz ki, bu, müzakirə olunmazdır. Çünki beynəlxalq aləm 44 günlük Vətən müharibəsində buna şahid oldu. Müharibədən sonra da Azərbaycan öz hərbi potensialına diqqəti artırıb. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin xüsusi qayğısı sayəsində son illərdə Ordunun döyüş qabiliyyəti daha da yüksəlib, maddi-texniki bazası əhəmiyyətli dərəcədə möhkəmlənib. Çevik və sürətli manevrə malik, yüksək dağlıq və çətin şəraitdə döyüş tapşırıqlarını müvəffəqiyyətlə yerinə yetirə biləcək Komando hərbi hissələri yaradılıb. Bütün bu tədbirlər ancaq müdafiə məqsədilə edilir. Bildiyimiz kimi, dünyada son dərəcə mürəkkəb proseslər gedir, beynəlxalq hüququn prinsiplərinə hörmət olunmur. Biz bunu həm də 30 illik işğal dövründə öz həyatımızda yaşamışıq. Odur ki, müstəqilliyimizin və ərazi bütövlüyümüzün etibarlı təminatı üçün Ordumuz daha da güclü olmalıdır və bu belədir".

"Müşavirədə dövlətimizin başçısı cənab İlham Əliyev ekoloji məsələyə də toxundu və konkret tapşırıqlarını verdi. Təbii ki, bu, kifayət qədər aktual məsələdir və ekoloji problemlər dünyanı ən çox narahat edən məqamlar sırasındadır. İşğal dövründə Ermənistanın Şərqi Zəngəzurda və Qarabağda törətdiyi ekoloji terror dəhşət saçırdı. Meşələr qırılırdı, çaylar çirkləndirilirdi. Prezidentimizin ifadə etdiyi kimi, həmin ərazilərdə 60 min hektardan çox meşə fondu ermənilər tərəfindən məhv edilib. Ermənistan bu gün də Azərbaycanla yaxın ərazilərində ekoloji tarazlığı pozur, bu sahədə beynəlxalq hüququn müddəalarına məhəl qoymur, çayları, təbiəti çirkləndirən müəssisələr tikir. Ekologiyanın təhlükə altına alınması ümumilikdə insanlıq əleyhinə yönəlmiş cinayətdir və Ermənistan bu işindən əl çəkməlidir",- Milli Məclisin deputatı qeyd edib.

Səttar Möhbalıyev bildirib ki, dövlətimizin başçısı keçirdiyi müşavirədə ölkəmizdə bərqərar olan sarsılmaz sabitliyi pozmaq düşüncəsində olan şəxslərə öz yerlərini göstərdi və bəyan etdi ki, Azərbaycanda xaos, özbaşınalıq, təxribat xarakterli addımlar 1993-cü ildə başa çatıb: "Bu, o deməkdir ki, heç kim Azərbaycanda hökm sürən sabitliyi, əmin-amanlığı poza bilməz. Vətəndaşlarımız öz dövlətlərinin ətrafında sıx birləşərək xoşbəxt və firavan həyat yaşayırlar. Təbii ki, bu nailiyyətlərdə Azərbaycan polisinin fədakar əməyi danılmazdır. Onlar gecə və gündüz dövlətimizin və xalqımızın təhlükəsizliyini vicdanla yerinə yetirir, qanunun keşiyində etibarlı dayanaraq cinayətkarlığa qarşı qətiyyətlə mübarizə aparır, vətəndaşların qanuni mənafelərinin, hüquq və azadlıqlarının müdafiəsi sahəsində üzərilərinə düşən funksiyaları yüksək peşəkarlıqla icra edirlər. Fəxarətlə deyə bilərik ki, bu gün Azərbaycan polisi dünyanın ən nümunəvi polisidir".

AHİK sədri vurğulayıb ki, ilin birinci yarısının sosial-iqtisadi yekunları bizi əmin etdi ki, dövlətimiz 2023-cü ili böyük uğurlarla başa vuracaq, bütün sahələrdə göstəricilər yüksələcək, ölkəmizin iqtisadi imkanları daha da artacaq.




Baxış sayı: 238
Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq Bu gün, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib Bu gün, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər Bu gün, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır Bu gün, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir Bu gün, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub Bu gün, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib Bu gün, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb Bu gün, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub Bu gün, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub Dünən, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib Dünən, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb Dünən, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» Dünən, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan Dünən, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb Dünən, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib Dünən, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir Dünən, 10:30 Parisdə Zəfər Gününə həsr olunmuş musiqi gecəsi təşkil edilib Dünən, 10:30 Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram Dünən, 10:00 Azərbaycanın ideoloji təhlükəsizliyi milli suverenliyin qorunmasının əsas şərtlərindəndir 4-11-2026, 20:30 Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanının özbək dilində nəşri təqdim olunub 4-11-2026, 20:00 Azerbaijan’s cultural heritage showcased at festival in South Korea 4-11-2026, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar 4-11-2026, 16:00 Ürək sağlamlığı diqqət mərkəzində 4-11-2026, 15:00 “Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” 4-11-2026, 14:30 Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub 4-11-2026, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib 4-11-2026, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb 4-11-2026, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu 4-11-2026, 09:00 Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib 3-11-2026, 19:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30