FACT-INFO.AZ » TƏDQİQATLAR-ANALITIKA » Bəlkə sonun başlanğıcıdır?
12-07-2023, 12:05 | TƏDQİQATLAR-ANALITIKA
Bəlkə sonun başlanğıcıdır?

Ermənistan heç zaman bəşəri dövlət olmayıb, işçğalçı dövlət kimi tanınıb. Ermənistan Azərbaycanın ərazisinin 20 faizini işğal etmişdi, İkinci Qarabağ müharibəsində məğlub oldu, Azərbaycan tarixi Zəfər qazandı.

Üçtərəfli Bəyanat imzalansa da bu məğlubiyyətlə barışmaq istəməyən işğalçı Ermənistan revanşist siyasətini davam etdirməkdədir. Rusiyanın mövqeyini müdafiə etməklə onun özünə əvvəllər olduğu kumi sonrakı siyasətində də havadar olmasını istəyir. Həm də müharibə aparan Rusiyadan umacağı sülhməramlıların fəaliyyəti ilə məhdudlaşmır axı...

"Ukrainskaya Pravda" qəzetinin 4 iyul tarixli sayında "Erməni batalyonunun Moskvada müharibəyə qatılmaq üçün xeyir-dua aldığı tədbirdə Avromeydan hadisələrində iğtişaşlar törədən qrupun təşkilatçısı iştirak etmişdir" adlı məqalə dərc olunub. Məqalə gerçəkliyi ifadə edir. Bu gerçəklik fakta əsaslanır. Məqalədə qeyd olunur ki, Moskvada Erməni Apostol Kilsəsində yeni yaradılmış "ARBAT" adlı erməni batalyonunun Donbasda döyüşlərdə iştirak etməsi üçün xeyir-dua tədbiri keçirilib. Erməni batalyonu döyüşlərdə Ermənistan bayrağı altında vuruşacaq. Bir atalar sözü yada düşür: "Özünə umac ova bilmir, özgəsinə əriştə kəsmək istəyir". Emənistan rəmzi mənada nə özünə "umac ovmaq" qabiliyyətindədi, nə də özgəsinə "əriştə kəsmək".

Faktın həmişə fotolarla təsdiqlənməsi dünya ictimaiyyətinin diqqətini daha həssaslıqla çəkib. Azər Həsənovun çəkdiyi, yaxud hansı yollasa əldə etdiyi bu fotolar sənəddir. İfşaediici sənəddir. Erməniliyin nə olduğunu təsdiqləyən sənəddir.
Fotolarda nə əks olunur? - erməni kilsə xadimləri Ukraynanın Donbas regionunda döyüşlərə qatılacaq erməni döyüşçülərə xeyir-dua verir, keşiş yeni yaradılmış "ARBAT" batalyonunun komandiri Abrek ləqəbli Hayk Qasparyana xaç çəkərək onu salamlayır.

Hayk Qasparyan Vaqner qrupunda hərbi təlim aldığını bildirib.

Armen Sərkisyan da xeyir-dua alanların arasındadır. Armen Horlivski  ləqəbi ilə tanınan Armen Sərkisyan Ukraynada axtarışdadır. O, 2014-cü ildə Kiyevdə Maydan hadisələri zamanı "ölüm briqadaları" yaradaraq  dinc nümayişçilərə divan tutan qrupa rəhbərlik edib.

Sərkisyanın divan tutduğu nümayişçilər arasında 2014-cü il fevralın 18-dən 19-na keçən gecə qətlə yetirilmiş Ukraynalı jurnalist Vyaçeslav Veremi qətlə yetirən Yuri Krısin adlı qatil Ukrayna məhkəməsində etiraf etmişdi ki, Maydanda dinc nümayişçilərə terror aktı törətmək üçün Sərkisyandan 20.000 ABŞ dolları alıb.
Ukrayna ərazisində işğalçı müharibəni dəstəkləyən erməni kilsəsi terrorçuların təşkilatlanmasının iştirakçısıdır. Bunun nəticəsidir ki, ermənilər Ukrayna əhalisinə qarşı soyqırımında döyüşçü qismində iştirak edir.

Dünya ictimaiyyəti bu məqalə vasitəsilə Ermənistanın da, erməni kilsəsinin də, ermənilərin də niyyətini aydınlığı ilə dərk edir.

Bütün canlılar ölüm ayağında bir qədər fəallaşır. Bəlkə sonun başlanğıcıdır?..
 
Səbinə XASAYEVA,
Milli Məclisin deputatı




Baxış sayı: 378
Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq Bu gün, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib Bu gün, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər Bu gün, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır Bu gün, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir Bu gün, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub Bu gün, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib Bu gün, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb Bu gün, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub Bu gün, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub Dünən, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib Dünən, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb Dünən, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» Dünən, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan Dünən, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb Dünən, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib Dünən, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir Dünən, 10:30 Parisdə Zəfər Gününə həsr olunmuş musiqi gecəsi təşkil edilib Dünən, 10:30 Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram Dünən, 10:00 Azərbaycanın ideoloji təhlükəsizliyi milli suverenliyin qorunmasının əsas şərtlərindəndir 4-11-2026, 20:30 Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanının özbək dilində nəşri təqdim olunub 4-11-2026, 20:00 Azerbaijan’s cultural heritage showcased at festival in South Korea 4-11-2026, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar 4-11-2026, 16:00 Ürək sağlamlığı diqqət mərkəzində 4-11-2026, 15:00 “Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” 4-11-2026, 14:30 Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub 4-11-2026, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib 4-11-2026, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb 4-11-2026, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu 4-11-2026, 09:00 Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib 3-11-2026, 19:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30