Fact-info.az-ın məlumatına görə, bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Könül Nurullayeva deyib.
O vurğulayıb ki, məhkəmə bu qərarı ilə faktiki olaraq Azərbaycanın dövlət sərhəd-buraxılış məntəqəsinin qurulmasının beynəlxalq hüquq tərəfindən tanındığını təsdiqləyib. Laçın yolundan Azərbaycan silahlı qüvvələrinin çıxarılması ilə əlaqədar öhdəliyinin olmadığı ilə bağlı məsələ də təsdiqləndi. Təbii ki, Azərbaycanın bu dövlət sərhəd-buraxılış məntəqəsinin qurulması ilə Laçın yoluna tam nəzarət etmək haqqı var və beynəlxalq məhkəmənin qərarı da bunu təsdiqləyir.
Deputatın sözlərinə görə, bu qərarla həm də Azərbaycana qarşı qaldırılan beynəlxalq qərarları pozmasına dair iddiaların əsassız olduğu da müəyyənləşdi.
“Beləliklə, Beynəlxalq Ədalət Məhkəməsi Azərbaycanın haqlı mövqeyini dəstəkləməklə Azərbaycanın suveren ərazilərini tanıdığını da elan etmiş oldu. Bu isə ermənilərin “Miatsum” xülyasının tam iflasa uğradığının göstəricisidir.
Bir sözlə, erməni təbliğatına baxmayaraq, Azərbaycanın suveren hüququ beynəlxalq məhkəmə müstəvisində də qəbul olunur. İstər Ermənistan, istərsə də Fransa başda olmaqla digər havadarların bu istiqamətdəki pozucu səyləri də nəticəsiz qaldı”, - deyə Könül Nurullayeva bildirib.
Baxış sayı: 167
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia

