FACT-INFO.AZ » SİYASƏT » Türkiyədə kursları bitirən azərbaycanlı 42 hərbçiyə diplomlar təqdim edilib
8-07-2023, 15:10 | SİYASƏT
Türkiyədə kursları bitirən azərbaycanlı 42 hərbçiyə diplomlar təqdim edilib

Fact-info.az  xəbər verir ki, Türkiyə Respublikası Silahlı Qüvvələri üçün ali hərbi təhsilli komandir və qərargah zabitlərinin, onların ixtisasının artırılmasını, hərbi iş sahəsində elmi tədqiqatların aparılmasını və yüksəkixtisaslı peşəkar kadrların hazırlanmasını təmin edən hərbi təhsil müəssisəsindən 19 ölkəni təmsil edən 91 hərbi qulluqçu da daxil olmaqla ümumilikdə 249 hərbi qulluqçu məzun adını qazanıb.

Azərbaycan və Türkiyə arasında hərbi təhsil sahəsində bağlanmış müqaviləyə əsasən, təhsil proqramı üzrə “Qərargahın idarə edilməsi” və “Qərargah zabitinin hazırlığı” kurslarını müvəffəqiyyətlə bitirən Azərbaycan Silahlı Qüvvələrinin 42 hərbi qulluqçusuna diplomlar təqdim edilib.

Tədbirdə iştirak edən Azərbaycan Silahlı Qüvvələrinin Türkiyədəki Hərbi attaşesi polkovnik Müşfiq Məmmədov azərbaycanlı zabitlərlə görüşərək onları Türkiyənin nüfuzlu hərbi təhsil müəssisəndən məzun olmaları münasibətilə təbrik edib. Hərbi attaşe onların ölkə xaricində aldığı biliklərlə yüksək ixtisaslı kadr kimi Azərbaycan Silahlı Qüvvələrinin dayanıqlı inkişafına töhfə verəcəklərinə əminliyini vurğulayaraq zabitlərimizə Azərbaycan Ordusunun müdafiə qüdrətinin inkişafı naminə gələcək xidməti fəaliyyətlərində uğurlar arzulayıb.

Türkiyə milli müdafiə naziri Yaşar Güler və qoşun növü komandanlarının müşayiəti ilə buraxılış mərasimində iştirak edən Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan məzunları təbrik edərək, onlara ən səmimi arzularını çatdırıb.




Baxış sayı: 164
Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq Bu gün, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib Bu gün, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər Bu gün, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır Bu gün, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir Bu gün, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub Bu gün, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib Bu gün, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb Bu gün, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub Bu gün, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub Dünən, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib Dünən, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb Dünən, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» Dünən, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan Dünən, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb Dünən, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib Dünən, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir Dünən, 10:30 Parisdə Zəfər Gününə həsr olunmuş musiqi gecəsi təşkil edilib Dünən, 10:30 Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram Dünən, 10:00 Azərbaycanın ideoloji təhlükəsizliyi milli suverenliyin qorunmasının əsas şərtlərindəndir 4-11-2026, 20:30 Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanının özbək dilində nəşri təqdim olunub 4-11-2026, 20:00 Azerbaijan’s cultural heritage showcased at festival in South Korea 4-11-2026, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar 4-11-2026, 16:00 Ürək sağlamlığı diqqət mərkəzində 4-11-2026, 15:00 “Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” 4-11-2026, 14:30 Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub 4-11-2026, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib 4-11-2026, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb 4-11-2026, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu 4-11-2026, 09:00 Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib 3-11-2026, 19:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30