FACT-INFO.AZ » XƏBƏR » Ermənistanın regionda ekoloji sabitliyi pozması faktı beynəlxalq təşkilatların müzakirəsinə çıxarılacaq
8-07-2023, 13:55 | XƏBƏR
Ermənistanın regionda ekoloji sabitliyi pozması faktı beynəlxalq təşkilatların müzakirəsinə çıxarılacaq

 Azərbaycan vətəndaş cəmiyyəti təşkilatlarının bu müraciəti təkcə ölkəmizin ekoloji vəziyyətinə mənfi təsirlə bağlı deyil, eyni zamanda, Cənubi Qafqaz regionunda ekoloji sabitliyi pozulması ilə əlaqədardır. Ermənistanın dağ-mədən sənayesinin fəaliyyəti nəticəsində yaranmış ekoloji fəsadlar təkcə Azərbaycan QHT-lərini narahat etmir. Ermənistanın ekoloji terror fəaliyyəti haqqında iyunun 29-da dünyanın 20-dən çox ölkəsinin 30-dan artıq vətəndaş cəmiyyəti təşkilatı bəyanat yayıb. Artıq Ermənistan tərəfindən ətraf mühitə vurulan zərərə qarşı QHT-lərin beynəlxalq koalisiyası formalaşmaqdadır. Bu baxımdan Azərbaycan QHT-lərinin Ermənistanın ekoloji fəsadlara yol açan hərəkələrinin təkcə Arazdəyəndə metallurgiya zavodu ilə məhdudlaşmadığını göstərməsi çox vacib və əhəmiyyətlidir.

 Fact-info.az-ın məlumatına görə, bu sözləri AZƏRTAC-a açıqlamasında “İnformasiya və Sosial Təşəbbüslərə Dəstək” İctimai Birliyinin sədri Cəsarət Hüseynzadə deyib.

Müraciətdə əsaslandırılmış formada Azərbaycana yaxın ərazilərdəki 12 müəssisənin müxtəlif fəaliyyətlərinin ətraf mühitə mənfi təsirinə diqqət çəkildiyini söyləyən QHT sədri deyib: “Hesab edirəm ki, Ermənistan baş naziri Nikol Paşinyan və yaxud rəhbərlik etdiyi hökumət Azərbaycan QHT-lərinin qaldırdığı məsələyə adekvat münasibət bildirməlidir. Azərbaycan vətəndaş cəmiyyəti təşkilatlarının bu müraciəti beynəlxalq hüquq və münasibətlər sisteminə əsaslanır. Belə ki, Ermənistan müxtəlif konvensiyaların, o cümlədən Birləşmiş Millətlər Təşkilatının Beynəlxalq Su Axarlarının Qeyri-Naviqasiya İstifadəsi Hüququ Haqqında Konvensiyasının (Konvensiyanın məqsədi transsərhəd su axarlarından ədalətli və davamlı istifadəni təmin etməkdir), BMT-in Biznes və İnsan Hüquqları üzrə Rəhbər Prinsiplərinin (Rəhbər Prinsiplər mədən sənayesi də daxil olmaqla, biznesdə məsuliyyətli davranışın təşviqi üçün çərçivəni müəyyən edir), Transsərhəd Kontekstdə Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi üzrə BMT-nin Avropa İqtisadi Komissiyası Konvensiyasının - Espoo Konvensiyasının (Espoo Konvensiyası ekoloji məsələlərin milli sərhədləri aşdığını ifadə edir və ekoloji məsələlərin transsərhəd xarakteri daşıdığı halda, beynəlxalq danışıqların zəruriliyini vurğulayır) və Orhus Konvensiyasının (Konvensiya ətraf mühitlə bağlı məsələlərdə məlumat əldə etmək, ictimaiyyətin iştirakını və ədaləti təmin etməkdə mühüm rol oynayır) şərtlərini kobud sürətdə pozur. Həmin Konvensiyalara görə təsirə məruz qalmış qonşu dövlətlərlə yanaşı, həmin qonşu ölkədə fəaliyyət göstərən QHT-lərin müstəqil formada həmin ərazilərdə monitorinqlər aparmaq hüququ var. Bu baxımdan Azərbaycan QHT-ləri haqlı olaraq, beynəlxalq standart və prinsipləri nəzərə alaraq Ermənistanın bütün dağ-mədən sənayesi obyektlərinin qapılarını ekologiya və səhiyyə sahəsində ixtisaslaşmış ekspertlərə, Azərbaycanın bu sahədə ixtisaslaşmış vətəndaş cəmiyyətləri təşkilatları üçün açmaq və yerində müəssisələrə baxış keçirilməsinə, qiymətləndirmə və monitorinq aparılmasına, müvafiq nümunələr götürülməsinə, ölçmə işləri edilməsinə tam şərait yaratmaq tələb olunur”.

Cəsarət Hüseynzadənin sözlərinə görə, acınacaqlı fakt ondan ibarədir ki, Ermənistanda fəaliyyət göstərən vətəndaş cəmiyyəti təşkilatları və yerli icmalar üçün də mədən hasilatı ilə bağlı dialoq və qərarqəbuletmə proseslərində iştiraka şərait yaradılmayıb. Azərbaycan QHT-ləri növbəti mərhələdə Ermənistanın Cənubi Qafqaz regionunda ekoloji sabitliyi pozması faktını beynəlxalq təşkilatların və xüsusən BMT-nin müvafiq qurumlarının müzakirəsinə çıxaracaq. Ermənistan dövləti beynəlxalq konvensiyaların öhdəliklərindən boyun qaçırması məsələsinə görə cavab verməlidir.




Baxış sayı: 211
Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq Bu gün, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib Bu gün, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər Bu gün, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır Bu gün, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir Bu gün, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub Bu gün, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib Bu gün, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb Bu gün, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub Bu gün, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub Dünən, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib Dünən, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb Dünən, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» Dünən, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan Dünən, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb Dünən, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib Dünən, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir Dünən, 10:30 Parisdə Zəfər Gününə həsr olunmuş musiqi gecəsi təşkil edilib Dünən, 10:30 Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram Dünən, 10:00 Azərbaycanın ideoloji təhlükəsizliyi milli suverenliyin qorunmasının əsas şərtlərindəndir 4-11-2026, 20:30 Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanının özbək dilində nəşri təqdim olunub 4-11-2026, 20:00 Azerbaijan’s cultural heritage showcased at festival in South Korea 4-11-2026, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar 4-11-2026, 16:00 Ürək sağlamlığı diqqət mərkəzində 4-11-2026, 15:00 “Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” 4-11-2026, 14:30 Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub 4-11-2026, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib 4-11-2026, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb 4-11-2026, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu 4-11-2026, 09:00 Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib 3-11-2026, 19:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30