FACT-INFO.AZ » SİYASƏT » Belçikalı parlamentari postmünaqişə dövründə regionda yaranan reallıqlar barədə məlumatlandırılıb
3-07-2023, 21:05 | SİYASƏT
Belçikalı parlamentari postmünaqişə dövründə regionda yaranan reallıqlar barədə məlumatlandırılıb

Azərbaycan parlamentinin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Fact-info.az-a verilən məlumata görə, görüşdə Milli Məclisin Belçika ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Kamal Cəfərov Azərbaycanın Avropa dövlətləri ilə, o cümlədən Belçika Krallığı ilə əlaqələrin inkişafında maraqlı olduğunu deyib. Kamal Cəfərov hər iki ölkənin qanunvericilik orqanları arasında əlaqələrin inkişaf etdirilməsi ilə bağlı fikirlərini bölüşərək parlamentlərdə fəaliyyət göstərən dostluq qruplarının qarşılıqlı əməkdaşlığın genişləndirilməsindəki rolundan danışıb.

Azərbaycanın 44 günlük Vətən müharibəsində Qələbə qazanmaqla torpaqlarını Ermənistanın 30 illik işğalından azad etməsindən söz açan deputat bölgədə dayanıqlı sülhün bərqərar olması üçün atılan addımlar barədə məlumat verib. Azərbaycanın multikulturalizm və tolerantlıq ənənələrinə malik olduğunu diqqətə çatdıran Kamal Cəfərov ölkəmizdə müxtəlif millətlərin və dinlərin nümayəndələrinin dinc, yanaşı yaşadıqlarını bildirib.

Belçika Federal Parlamentinin deputatı Mixael Frelix özünün yəhudi olduğunu və Azərbaycanda yəhudi deputatın da təmsil olunduğu parlament heyəti ilə görüşündən məmnunluq duyduğunu ifadə edib. Onun fikrincə, bu, bütün dinlərə yüksək səviyyədə hörmət olunan açıq və tolerant cəmiyyətin bariz nümunəsidir. Söhbətdə qonaq enerji, ticarət və multikulturalizm sahələri də daxil olmaqla, qarşılıqlı və ümumi maraqlara əsaslanan ikitərəfli əlaqələri gücləndirməyə çağırıb.

Görüşdə iştirak edən Milli Məclisin deputatları Sevinc Fətəliyeva, Anatoliy Rafailov və Nigar Arpadarai postmünaqişə dövründə regionda yaranan reallıqlardan, aparılan sülh danışıqlarından bəhs ediblər, Azərbaycanın tolerantlıq ənənələrindən danışıblar. Ermənistanın 30 illik işğalı dövründə dağıdılan mədəni irsimiz haqda söhbət açan deputatlar ölkəmizdə milli və dini tolerantlığın, multikultural dəyərlərin təşviqinin hər zaman nümunəvi xarakter daşıdığını diqqətə çatdırıblar. Onlar işğaldan azad olunmuş ərazilərimizdə aparılan genişmiqyaslı bərpa və quruculuq işlərindən danışıblar, həmçinin Qarabağ bölgəsində yaşayan erməni əsilli vətəndaşlarının reinteqrasiyası məsələsinə də toxunulub.

Söhbət zamanı ölkələrimiz arasında parlamentlər səviyyəsində əməkdaşlığın inkişaf perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparılıb.




Baxış sayı: 187
Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq Bu gün, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib Bu gün, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi Bu gün, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər Bu gün, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır Bu gün, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir Bu gün, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub Bu gün, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib Bu gün, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb Bu gün, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub Bu gün, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub Dünən, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib Dünən, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb Dünən, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» Dünən, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan Dünən, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb Dünən, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib Dünən, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir Dünən, 10:30 Parisdə Zəfər Gününə həsr olunmuş musiqi gecəsi təşkil edilib Dünən, 10:30 Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram Dünən, 10:00 Azərbaycanın ideoloji təhlükəsizliyi milli suverenliyin qorunmasının əsas şərtlərindəndir 4-11-2026, 20:30 Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanının özbək dilində nəşri təqdim olunub 4-11-2026, 20:00 Azerbaijan’s cultural heritage showcased at festival in South Korea 4-11-2026, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar 4-11-2026, 16:00 Ürək sağlamlığı diqqət mərkəzində 4-11-2026, 15:00 “Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” 4-11-2026, 14:30 Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub 4-11-2026, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib 4-11-2026, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb 4-11-2026, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu 4-11-2026, 09:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30