Fact-info.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Nazirlər Kabineti dövlət qulluqçularının minimum əmək haqqının 22 min lirəyə (təxminən 850 dollar) artırılması, əhalinin bir hissəsinin texnika alışına görə vergi ödəməkdən azad edilməsi üçün qanun layihələrini nəzərdən keçirəcək.
Bu müddəaların baxılmaq üçün Parlamentə təqdim olunacaq qanunvericilik təşəbbüsləri paketinə daxil ediləcəyi gözlənilir.
Paketə təqaüdçülərə dəstək təşəbbüsləri, həmçinin 2024-cü ilin iyul ayına qədər yaşayış evlərinin kirayə haqqının 25%-dən çox artırılmasını qadağan edən müddəa daxildir.
Nazirlər Kabineti İsveçin Türkiyənin NATO-ya daxil olması ilə bağlı tələblərini yerinə yetirməsini də müzakirə edəcək. Ankara Stokholmdan antiterror qanunvericiliyinin sərtləşdirilməsini və terrorçu kimi tanınan bəzi şəxslərin ekstradisiyasını tələb edir. Türkiyə hələ də İsveçin NATO-ya üzvlüyünü təsdiq etməyib.
Baxış sayı: 160
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia

