FACT-INFO.AZ » XƏBƏR » Fransada xalqın Makron hakimiyyətinə etimadı qalmayıb
2-07-2023, 16:35 | XƏBƏR
Fransada xalqın Makron hakimiyyətinə etimadı qalmayıb

Fact-info.az xəbər verir ki, bunu APA-ya açıqlamasında Milli Məclisin deputatı Müşfiq Cəfərov bildirib.

Deputat deyib ki, Fransada hər zaman irqi və dini baxımdan ayrıseçkiliyə görə qarşıdurmalar yaşanıb: “İndi isə problem bunlar deyil. Artıq Fransa hakimiyyəti xalqı tamamilə bezdirib, insanlar küçələrə çıxıb, yanğınlar törədir, polislə qarşıdurmalar yaşayır. Xüsusilə vergilərin artması, sosial dövlət adı altında insanların qazancının yarısından çoxunun vergi bahanəsiylə alınması fonunda dövlətdən narazılıqların yaranması normal, bu aksiyalar gözlənilən idi. Fransa küçələrində maşınlar yandırılırsa, insanların malı-mülkü daim təhlükə qarşısındadırsa, bunlara görə hökumət xalqa hesabat verməlidir. Fransada hökumət xalqın həyat və mülk təhlükəsizliyini təmin edə bilmir”.

Müşfiq Cəfərov qeyd edib ki, əgər bir dövlət başdan-ayağa problemin, iğtişaşın, qırğın-qiyamətin, yanğının, irqçiliyin içərisindədirsə, başqa ölkələrdəki demokratik vəziyyət barədə danışmamalıdır: İnsan haqları, demokratik dəyərlər mövzusunda hər kəsə "dərs keçmək" iddiasında olan Fransa hakimiyyəti bu gün sivil insanların üzərinə silahlı dəstələri göndərir, gənc əlcəzairli vətəndaşı polis tərəfindən güllələnərək öldürülür. Özünün dəyərləri və ənənələri ilə qürur duyan Fransa cəmiyyəti üçün bu, ciddi utancdır və fransızlar prosesə sükutla yanaşmaq niyyətində deyil. Fransada başlanmış iğtişaşlar, barrikadaların qurulması, avtomobillərin, müxtəlif obyektlərin yandırılması, polislə toqquşmalar artıq prosesin sadəcə etiraz yox, kütləvi itaətsizlik olmasının göstəricisidir. Baş verənlər göstərir ki, xalqın Makron hakimiyyətinə etimadı qalmayıb. Bu, əslində Makron hakimiyyətinin ciddi fəlakəti deməkdir”.




Baxış sayı: 174
Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq Bu gün, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib Bu gün, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi Bu gün, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər Bu gün, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır Bu gün, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir Bu gün, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub Bu gün, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib Bu gün, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb Bu gün, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub Bu gün, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub Dünən, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib Dünən, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb Dünən, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» Dünən, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan Dünən, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb Dünən, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib Dünən, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir Dünən, 10:30 Parisdə Zəfər Gününə həsr olunmuş musiqi gecəsi təşkil edilib Dünən, 10:30 Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram Dünən, 10:00 Azərbaycanın ideoloji təhlükəsizliyi milli suverenliyin qorunmasının əsas şərtlərindəndir 4-11-2026, 20:30 Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanının özbək dilində nəşri təqdim olunub 4-11-2026, 20:00 Azerbaijan’s cultural heritage showcased at festival in South Korea 4-11-2026, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar 4-11-2026, 16:00 Ürək sağlamlığı diqqət mərkəzində 4-11-2026, 15:00 “Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” 4-11-2026, 14:30 Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub 4-11-2026, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib 4-11-2026, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb 4-11-2026, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu 4-11-2026, 09:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30