FACT-INFO.AZ » SİYASƏT » Fransanın demokratiyadan danışmağa heç bir haqqı yoxdur - Səttar Möhbalıyev
2-07-2023, 10:40 | SİYASƏT
Fransanın demokratiyadan danışmağa heç bir haqqı yoxdur - Səttar Möhbalıyev

 Özünü demokrat hesab edən ölkələr media nümayəndələrinin sərbəst fəaliyyətinə hər cür şəraiti yaratmalıdırlar. Amma “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin əməkdaşlarının Fransada çəkiliş zamanı zorakılıqla üzləşməsi, onlara hədə-qorxu gəlinməsi bu ölkədə media azadlığının səviyyəsini göstərir. Sübut edir ki, Fransada mətbuat və söz azadlığı tamamilə boğulur, jurnalistlərin peşə fəaliyyətini sərbəst şəkildə icra etməsinə qətiyyən yol verilmir. Baş verən hadisəni araşdırmaq, olanlara obyektiv qiymət vermək, günahkarları məsuliyyətə cəlb etmək vəzifəsi, təbii ki, Fransa hökumətinin üzərinə düşür. Lakin rəsmi Parisdən belə bir cəsarəti gözləmək ən azından sadəlövhlük olardı. Bu arada “Sərhədsiz Reportyorlar”, “Freedom House” kimi təşkilatlardan da səs çıxmır, elə bil baş vermiş bu biabırçılıqdan xəbərsizdirlər. Hazırda məlum səbəblərdən dünya ictimaiyyətinin gözü Fransadadır. Bəs bu təşkilatlar hara baxır?! Niyə azərbaycanlı jurnalistlərə qarşı törədilən vəhşiliyə reaksiya vermirlər!?

Bu fikirləri Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib.

“Tərəddüdsüz deyə bilərik ki, Fransada insan hüquqları tamamilə tapdanır, etnik ayrı-seçkilik zəminində xoşagəlməz hadisələr baş verir. Demək olar ki, ölkə hakimiyyətin səriştəsiz, qeyri-demokratik fəaliyyəti nəticəsində çalxalanır. Nanter şəhərində polis tərəfindən Əlcəzair əsilli 17 yaşlı gəncin qətlə yetirilməsi isə, sözsüz ki, milli məsələdir. O, qeyri-millətdən olduğu üçün öldürülüb və Fransa hakimiyyətinin əsl simasını göstərir. Bu da təəccüblü deyil. Biz tarixdən Fransanın əlcəzairlilərə necə divan tutdğunu bilirik. Görünür, bu siyasət bu gün də davam edir. Əhalinin haqlı narazılığına polisin sərt müdaxiləsi, insanlara dəyənəklərlə xəsarətlərin yetirilməsi, həbs olunmaları həmçinin bu ölkədə sərbəst toplaşmaq hüququnun demokratiyanın ziddinə olaraq məhdudlaşdırıldığını göstərir. Uzun illər insan haqlarından dəm vuran, demokratiyanı əldə silah tutub digər ölkələrin daxili işlərinə qarışan, bir boşluq görən kimi onu antidemokratik fonda şərh edən rəsmi Paris, görəsən, bundan sonra da utanmadan bu əməlini davam etdirəcəkmi!?”, - Milli Məclisin deputatı bildirib.

“Bu yaxınlarda Fransa tarixinin ən uğursuz prezidenti Emanuel Makron Marsel şəhərində erməni icması ilə görüşdə yenə də Azərbaycan əleyhinə yersiz fikirlər dedi. Özünü elə göstərməyə çalışdı ki, güya Cənubi Qafqazda baş verən hadisələrə təsir gücü var. Onun çıxışının maraqlı tərəfi o idi ki, hadisələrdən tamamilə bixəbərdir. Azərbaycanla Ermənistan arasında aparılan danışıqların hansı mərhələdə olduğunu bilmir, amma mənasız bəyanatlar səsləndirir. Ermənistan tərəfi artıq Azərbaycanın ərazi bütövlüyünü tanıyıb, Qarabağın ölkəmizin ayrılmaz tərkib hissəsi olduğunu etiraf edib. Ona görə Makronun bu kimi qərəzli yanaşmaları reallıqları dəyişə bilməz”, - AHİK sədri vurğulayıb.

Səttar Möhbalıyev əlavə edib ki, hazırda Fransa dünyada nüfuzunu tamamilə itirmək üzrədir, artıq orada baş verən hadisələrdən dolayı bu ölkənin nə insan haqlarından, nə söz və mətbuat azadlığından, sərbəst toplaşmaq huququndan, nə də ümumilkdə demokratiyadan danışmaq haqqı var.




Baxış sayı: 224
Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq Bu gün, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib Bu gün, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi Bu gün, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər Bu gün, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır Bu gün, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir Bu gün, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub Bu gün, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib Bu gün, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb Bu gün, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub Bu gün, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub Dünən, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib Dünən, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb Dünən, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» Dünən, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan Dünən, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb Dünən, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib Dünən, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir Dünən, 10:30 Parisdə Zəfər Gününə həsr olunmuş musiqi gecəsi təşkil edilib Dünən, 10:30 Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram Dünən, 10:00 Azərbaycanın ideoloji təhlükəsizliyi milli suverenliyin qorunmasının əsas şərtlərindəndir 4-11-2026, 20:30 Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanının özbək dilində nəşri təqdim olunub 4-11-2026, 20:00 Azerbaijan’s cultural heritage showcased at festival in South Korea 4-11-2026, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar 4-11-2026, 16:00 Ürək sağlamlığı diqqət mərkəzində 4-11-2026, 15:00 “Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” 4-11-2026, 14:30 Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub 4-11-2026, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib 4-11-2026, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb 4-11-2026, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu 4-11-2026, 09:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30