Fact-info.az xəbər verir ki, dövlətimizin başçısı məktubunda xalqımıza ən səmimi arzu və diləklərini yetirib.
“İslam dininin əlamətdar mərasimlərindən olan Qurban bayramı özündə xeyirxahlığı, birlik və bərabərliyi, insanın ülvi amallar uğrunda hər cür fədakarlığa hazır olmaq niyyətini əks etdirir.
Milli-mənəvi və dini dəyərlərinə həmişə sadiq olan Azərbaycan xalqı bütün dünya müsəlmanları ilə birlikdə Qurban bayramını qardaşlıq, humanizm və həmrəylik rəmzi kimi yüksək əhval-ruhiyyə ilə qeyd edir. Bu günlərdə həm Həcc ziyarətində, həm də ölkəmizin hər yerində dövlətimizin tərəqqisi, xalqımızın rifahı və əmin-amanlığı üçün dualar edilir, xeyriyyəçilik işləri görülür, şəhidlərimizin nurlu xatirəsi ehtiramla yad olunur”, - deyə Prezident İlham Əliyev qeyd edib.
Bu mübarək bayram günlərində xalqımızın dua və diləklərinin gerçəkləşəcəyinə, Uca Yaradanın mərhəmətini xalqımızdan əsirgəməyəcəyinə ümidvar olduğunu vurğulayan dövlətimizin başçısı bir daha xalqımıza və ölkəmizin hüdudlarından kənarda yaşayan bütün soydaşlarımıza səmimi təbriklərini çatdırıb, xoşbəxtlik, süfrələrə bol ruzi və xeyir-bərəkət arzulayıb.
Baxış sayı: 152
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia

