FACT-INFO.AZ » MƏDƏNİYYƏT » Azərbaycan Hərb Tarixi Muzeyi
27-06-2023, 10:40 | MƏDƏNİYYƏT
Azərbaycan Hərb Tarixi Muzeyi

Azərbaycan Hərb Tarixi Muzeyi ordumuzun şanlı tarixinin təbliğində mühüm rol oynayır. Mütəmadi olaraq ekskursiyaların təşkil edildiyi muzeydə ordumuzla bağlı maraqlı eksponatlar sərgilənir. Muzeyin eksponatları arasında Azərbaycan Ordusunun tarixi Qələbəsi ilə başa çatan 44 günlük Vətən müharibəsində istifadə edilən silah-sursat və digər əşyalar xüsusilə maraq doğurur.

Fact-info.az AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Hərb Tarixi Muzeyi müdafiə nazirinin əmri ilə 1992-ci il dekabrın 10-da yaradılıb. Hazırda muzey 13 zaldan ibarətdir. Muzeyin daxili ekspozisiyasında Azərbaycan hərb tarixinə dair ən qədim dövrdən günümüzə qədər eksponatların yer aldığı “Qədim və orta əsrlər”, “1747-1918-ci illər”, “1918-1920-ci illər”, “1920-1939-cu illər”, “1939-1945-ci illər”, “1946-1990-cı illər”, “Müasir dövr”, “Heydər Əliyev”, “Quru Qoşunları”, “Hərbi Hava Qüvvələri”, “Hərbi Dəniz Qüvvələri” zalları mövcuddur. Zalların hər birində ordumuz yarandığı gündən etibarən ona məxsus silah-sursat və digər avadanlıqlar sərgilənir. Muzeydə tariximizin müxtəlif mərhələlərinə aid 13 minədək hərbi nümunə ziyarətçilərdə dərin maraq doğurur.

"Qədim və orta əsrlər” zalında daş alətlər, tunc və dəmir dövrünə aid ox və nizə ucluqları, xəncərlər, kiçik səhra topları sərgilənir. “1747-1918-ci illər” zalında XVIII-XIX əsrə aid dəhrə, XIX əsrə aid xəncər qını, ilk atıcı silahlardan 1863-cü il nümunəli “Albini-Baranov” və 1871-ci il nümunəli “Vetterli-Vitali” tüfəngi, 1898-ci il nümunəli “Mosin” karabini muzeyimizin maraqlı eksponatlarındandır.

Muzeyin 1801-1918–ci illərə aid eksponatların nümayiş olunduğu zalında Azərbaycanın iki hissəyə bölünməsini əks etdirən stend yer alıb. Muzeyə gələnlər həmin zalda Qərbi Azərbaycana həsr edilən stendlə də yaxından tanış ola bilərlər. 1918-1920-ci illər Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması ilə bağlı zal muzeyin ikinci mərtəbəsində yerləşir. Həmin zalda 200-ə yaxın eksponat sərgilənir.

Muzeyin tədqiqatçı elmi-işçisi Nuranə Nəcəfova zal haqqında məlumat verərək bildirib ki, 1918-1920-ci illər Cümhuriyyət dövrü zalındakı stendlərdə Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin sədrlərinin fotoşəkilləri, o dövrə aid pul vahidləri, piyada və süvari geyim nümunələri sərgilənir. Cümhuriyyətin dövlət atributları - gerbi, bayrağı, himni ayrıca stenddə təqdim olunur.

Stendlərdə Azərbaycan Ordusunun apardığı hərbi əməliyyatların planları, döyüş xəritələri, köhnə nümunəli karabin silahının maketi, “TT” və “Naqan” tipli silahlar nümayiş olunur. Həmçinin o dövrün güclü silah növü sayılan “Maksim” pulemyotunun maketi sərgilənir.

Muzeyin 1939-1945-ci illər zalı İkinci Dünya müharibəsinə həsr olunub. Bu dövr zalında Azərbaycan övladlarının ön və arxa cəbhədə fəaliyyətini əks etdirən silahlar, mükafatlar, hərbi geyimlər, orden və medallar, qəhrəmanların büst və portretləri, həmin dövrə aid sənədlər, cəbhə məktubları yer alıb.

Azərbaycan İkinci Dünya müharibəsi illərində zalında bu müharibə dövründəki qərargah otağının maketi var. Zal 1939-1945-ci illəri əhatə edir. Zalda ümumilikdə 1000-ə yaxın eksponat saxlanılır. Burada iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun büstü, ona məxsus silah qabı, xəritə çantası, müharibə dövründə idarə etdiyi 17 nömrəli tankın maketi də nümayiş olunur. Həmçinin Sovet İttifaqı Qəhrəmanı İsrafil Məmmədovun büstü və ona məxsus əşyalar da bu stenddədir.

Muzeydə 1946-1991–ci illər zalındakı xüsusi stenddə 1991-ci ildə yaradılmış Müdafiə Nazirliyi ilə bağlı eksponatlarla da tanış olmaq olar. Həmin zalda azərbaycanlıların 1948-1953-cü illərdə Ermənistandan kütləvi deportasiyası, 1990-cı il 20 Yanvar hadisələri ilə bağlı ayrıca stendlər də nümayiş etdirilir.

Azərbaycanın ən müasir tarixinin böyük bir mərhələsi, o cümlədən ordu quruculuğu Ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Muzeyin “Heydər Əliyev” zalında Ulu Öndərin həyat və fəaliyyətinə həsr olunmuş eksponatlar sərgilənir. Burada Heydər Əliyevin general-mayor hərbi geyiminin nümunəsi, təltif və mükafatları, onun yaradıcısı olduğu məktəblərə məxsus bayraq və emblemlər, arxiv sənədləri, kitab və jurnallar, şəkillər nümayiş olunur.

Quru Qoşunları zalında Azərbaycanın 200-dən çox milli qəhrəmanına məxsus

geyim əşyaları, arxiv sənədləri, döyüş ləvazimatları nümayiş olunur

Qoşun növləri zallarında nümayiş olunan eksponatlar Hərbi Hava Qüvvələri, Hərbi Dəniz Qüvvələr və Quru Qoşunlarının yaradılmasından bu günədək keçdiyi döyüş yolunu özündə əks etdirir.

Hərbi Hava Qüvvələri zalında bayraqlar, təyyarəçinin geyim nümunələri, təyyarələrin, radiolokasiya stansiyalarının maketləri, birinci Qarabağ müharibəsində qəhrəmanlıq göstərmiş pilotların şəxsi əşyaları saxlanılır. Burada hava hücumundan müdafiə qüvvələri ilə bağlı ümumilikdə 200-dən çox eksponat qorunur.




Baxış sayı: 1 169
Beynəlxalq kibercinayətkar şəbəkələrin ölkəmizə qarşı qanunsuz əməllərinin qarşısı alınıb - DTX məlumat yaydı Bu gün, 21:00 Prezident İlham Əliyev Azərbaycan haqqında söylədiyi xoş sözlərə görə Məsud Pezeşkiana təşəkkür edib Bu gün, 18:30 Azərbaycanın strateji valyuta ehtiyatları 87 mlrd. dollara yaxınlaşıb Bu gün, 18:00 UNEC tələbəsi robototexnika üzrə dünya çempionu olub Bu gün, 16:00 Azərbaycanın xarici siyasəti müdafiə diplomatiyasından strateji təşəbbüskarlığa keçidlə xarakterizə olunur Bu gün, 16:00 Strateji obyektlərin kibertəhlükəsizliyinin təmin edilməsi qaydaları hazırlanacaq Bu gün, 15:30 Dünya bəzi xalqlar iqlim dəyişikliyinin təhdidi altındadır Bu gün, 10:30 İşğaldan azad olunmuş bir sıra kənd və qəsəbələrinin elektrik şəbəkəsi yenidən qurulur Bu gün, 10:00 ABŞ Azərbaycan və Ermənistanla işləməyə tam sadiqdir Bu gün, 09:30 Netanyahu: İsrail Trampın Qəzza ilə bağlı 15 bəndlik planını rədd edir Bu gün, 08:00 Hakan Fidan: Türkiyə Azərbaycan və Ermənistan arasında davamlı sülhün əldə edilməsi səylərini dəstəkləyir Dünən, 11:00 Vaşinqtonda keçirilən tarixi görüşlər Cənubi Qafqazın siyasi tarixində yeni mərhələnin başlanğıcını qoydu Dünən, 10:30 Prezident İlham Əliyev Vaşinqton Zirvə Görüşünün ildönümü münasibətilə ABŞ Prezidentinə məktub ünvanlayıb Dünən, 07:30 "Azərbaycan və Ermənistan bir il ərzində sülh yolunda qətiyyətli addımlar atıblar" - Fransa XİN 8-08-2026, 15:30 Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib 8-08-2026, 14:00 “Gürcüstandakı münaqişənin sülh yolu ilə həllini dəstəkləyirik” - XİN 8-08-2026, 10:30 Media və Yayım Şurası yaradılıb 8-08-2026, 08:30 Kiberpolis xarici saytlara hücumlar təşkil edən şəxsləri saxlayıb 7-08-2026, 21:00 Hərbi qulluqçular məharət dərəcələri üzrə sınaq imtahanlarına cəlb olunublar 7-08-2026, 19:30 Rəcəb Tayyib Ərdoğan: Müdafiə sahəsində Ər-Riyad və İslamabadla imzalanan saziş digər ölkələrə qarşı yönəlməyib 7-08-2026, 18:30 Xalq rəssamı Toğrul Nərimanbəyovun anadan olmasından 96 il ötdü 7-08-2026, 18:30 Azad edilmiş ərazilərdə aqropark layihələrinin təqdimatı baş tutub 7-08-2026, 14:30 ADPU-da 600 bal və yuxarı nəticə göstərən ilk 10 tələbəyə “Uğur” təqaüdü veriləcək 7-08-2026, 12:00 ABŞ-ın İrana qarşı hərbi əməliyyatı tezliklə başa çatacaq - Tramp 7-08-2026, 09:30 İxtisas seçimi ilə bağlı abituriyentlərə müraciət edilib 7-08-2026, 09:30 Bütün ermənilərin katolikosu hakim qarşısında 7-08-2026, 08:30 Ceyhun Bayramov: Zelenski Ukraynaya göstərdiyi humanitar yardımla bağlı Prezident İlham Əliyevə təşəkkür edib 6-08-2026, 19:30 Cevdet Yılmaz: Məqsədimiz Türkiyəni müdafiə sənayesi məhsullarının ixracına görə ilk onluğa çıxarmaqdır 6-08-2026, 19:30 Andrey Sibiqa: Azərbaycan enerji təhlükəsizliyi nöqteyi-nəzərindən bütün Avropa üçün strateji əhəmiyyətə malikdir 6-08-2026, 17:00 Xəzər dənizinin dibi ilə Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin çəkilişi başa çatıb 6-08-2026, 16:30
Köşə yazarları
Təqvim
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31