Ölkəmizin Meksikadakı səfirliyindən Fact-info.az-a bildirilib ki, süjetdə 30 ilə yaxın davam edən erməni işğalına Azərbaycan Ordusunun 2020-ci ildə 44 günlük Vətən müharibəsi nəticəsində son qoyaraq, dövlətimizin ərazi bütövlüyünü bərpa etdiyi qeyd olunur. Həmin ilin noyabr ayında Rusiyanın vasitəçiliyi ilə atəşkəs haqqında Üçtərəfli Bəyannamənin imzalanmasına baxmayaraq, Ermənistan silahlı qüvvələrinin Azərbaycanla sərhəddə təxribatlar törətdiyi bildirilir və aparılan sülh danışıqları barədə məlumat verilir.
Eyni zamanda, süjetdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Laçın şəhərinə qayıdan əhali ilə görüşündən sitatlara yer verilir və Azərbaycanın güclü tərəf olduğu, danışıqlar masasında və sərhəddə güclü mövqelərə sahib olduğu, o cümlədən Ermənistanın ölkəmizin ərazi bütövlüyünü tanıdıqdan sonra sülh müqaviləsinin imzalanması üçün ciddi maneənin qalmadığı vurğulanır.
Baxış sayı: 186
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia

