Fact-info.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının sözçüsü Andriy Kovalev bildirib.
"Novodarovka - Priyutnoye, Novodanilovka - Rabotino istiqamətlərində Ukrayna hərbçiləri müvəffəqiyyət qazanıb. Həmçinin Ukrayna Silahlı Qüvvələri Baxmut istiqamətində Orexovo-Vasilyevka, İvanovskoye, Kurdyumovka, Severnoye yaşayış məntəqələri ərazilərində hücum əməliyyatları aparır, uğurlu alınıb, əldə olunmuş xətlərdə möhkəmləniblər", - o qeyd edib.
"Eyni zamanda, Ukrayna hərbçiləri Liman, Avdeyevsk və Maryinsk istiqamətlərində Rusiya qoşunlarının hücumunu cilovlamağa davam edir", - Kovalev əlavə edib.
Xatırladaq ki, ötən ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma "Donetsk XR" və "Luqansk XR" separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb.
Baxış sayı: 189
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia

