“Vaqner” özəl hərbi şirkətinin Liviyada, Suriyada, son bir ildə Ukraydakı qanlı hərəkətləri unudulmayıb. Rusiya rəhbərliyinin dəstəyi ilə yaradılmış bu hərbi qurum adıçəkilən ölkənin mahiyyətini ortaya qoyub. Bu isə onu göstərir ki, hüquq dövləti olmayan ölkələrdə belə çevrilişlərə cəhd, qanlı gedişlər, işğalçılıq, separatizmə dəstək əsas hədəflər sırasındadır.
Ədalətə. normal qonşuluq prinsiplərinə, hüquq normalarına uyğun deyil, yalnız çox konfiqurasiyalı, məkrli siyasi gedişləri ilə MDB məkanını hər zaman təhdid edən Rusiyanın priqojinləri yetişdirməsi təəccüblü deyil. Yalnız hüquqdan kənar, imperiya iddiaları ilə yaşayan Rusiya kimi dövlətlərdə belə halların baş verməsi gözləniləndir.
Keçmiş SSRİ məkanında harada münaqişə, separatizm görürsən, dərhal Rusiyanın barmağı orada görünür. Separatizm toxumu əkməklə, təhdid etməklə deyil, yalnız dünyanın hüquq sisteminin qəbul etdiyi prinsiplərlə qonşu dövlətlərlə əməkdaşlıq etmək mümkün olur. Əks təqdirdə bumeranq effekti verir. Əkdiyin kin-küdurət, separatizm günlərin bir günü sənin öz qarşına çıxır.
Separatizm toxumu əkməyin, qonşu ölkələri təhdid etməyin son aqibəti belə olur
Əkrəm Bəydəmirli
Baxış sayı: 322
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia

