FACT-INFO.AZ » TƏDQİQATLAR-ANALITIKA » Ermənistan Azərbaycanın ərazi bütövlüyünü təsdiqləməsə, nəticə erməni cəmiyyəti üçün ağır olacaq
24-06-2023, 15:25 | TƏDQİQATLAR-ANALITIKA
Ermənistan Azərbaycanın ərazi bütövlüyünü təsdiqləməsə, nəticə erməni cəmiyyəti üçün ağır olacaq

Fact-info.az-ın məlumatına görə, bu sözləri AZƏRTAC-a açıqlamasında politoloq Amid Əliyev söyləyib.

O qeyd edib ki, bölgədə artan maraqlardan doğan revanşist qüvvələrin Azərbaycana qarşı təxribat cəhdlərinin qarşısının alınması və eləcə də düşmənə tutarlı cavabın verilməsi məhz peşəkar Ordumuzun göstərdiyi adekvat reaksiya kimi qiymətləndirilir. Laçın yolunda nəzarət-buraxılış məntəqəsinin qurulmasından sonra Qarabağda məskunlaşan separatçıların başqa çıxış yolunun olmaması səbəbindən Azərbaycana qarşı təxribatlar və təhdidlərlə müşayiət olunan çıxışların heç bir real qüvvəsi və nəticəsi olmayacaq. Bu gün Azərbaycan Ordusu bölgəyə hərtərəfli şəkildə nəzarəti həyata keçirir.

İkinci Qarabağ müharibəsi zamanı Azərbaycanın xüsusi təyinatlı qüvvələri bir sıra uğurlu əməliyyatlara imza ataraq düşmənə sarsıdıcı zərbələr endirdi. Uyğun olaraq hazırda Ordumuzda məhz bu qoşun növünün artırılması, maddi-texniki təminatının gücləndirilməsi əsas prioritet kimi seçilib. Qarabağ iqtisadi rayonunda məhz komando birliklərinin yerləşdirilməsi milli təhlükəsizliyimizin və gələcəkdə həyata keçiriləcək antiterror əməliyyatlarının operativliyini və uğurlu nəticəsini təmin edəcək.

“Dövlətimizin başçısı öz çıxışında sülh gündəliyini təhdid edən, baş qaldırmış revanşist qüvvələr və Ermənistana havadarlıq röyasında olan siyasi dairələrə də mesajlar verdi. Azərbaycanın bu istiqamətdəki prinsipial mövqeyi heç bir zaman dəyişən deyil. Sülhün bütün şərtləri məlumdur, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü rəsmən tanıyıb və indi isə bunu kağız üzərində təsdiqləməlidir. Əgər Ermənistan bunu etməsə, nəticəsi erməni cəmiyyəti üçün ağır olacaq. Bu işə mane olmaq istəyən qüvvələrin nələrsə deməsindən və hansı səviyyədə Ermənistana kömək etməsindən asılı olmayaraq, nəticə bir olacaq. Azərbaycan sülhü və təhlükəsizliyi təmin edəcək, sərhədlər müəyyən olunacaq, ərazidəki separatçılar çıxarılacaq və yenə də Dövlət Bayrağımız tarixi ərazilərimizdə dalğalanacaq.

Zəngəzur dəhlizinin açılması yaxın zamanın mövzusudur. Artıq dəmir yol xətlərinin keçəcəyi ərazilər də dəqiq müəyyən olunub. Bu dəhlizin açılması bölgənin iqtisadi xəritəsini tam şəkildə dəyişməklə region dövlətlərinə əlavə dividendlər də verəcək. Buna qarşı çıxmaq istəyən qüvvələrin və siyasi dairələrin isə istəkləri yalnız arzu olaraq qalacaq. Bu gün bölgədə konsulluq açmaq və ya bayraq qaldırmaq istəyən tərəflərin istəkləri, Zəngəzur dəhlizinin açılmasında maraqlı olan super güclərin regional siyasətində cılız və təsirsizdir”, - deyə A.Əliyev vurğulayıb.




Baxış sayı: 229
Abbas Zamanovun 115 illiyinə həsr olunan elektron məlumat bazası hazırlanıb Bu gün, 10:30 Süni intellekt kibertəhlükəsizlik mütəxəssislərinin rolunu dəyişir Bu gün, 10:00 Ərdoğan: Ankara fikir ayrılıqlarının diplomatik yollarla həllinin tərəfdarıdır Bu gün, 08:30 Dövlət ümumi təhsil müəssisələrində geyim qaydalarının icrasına dair monitorinqlərə başlanılıb Bu gün, 08:00 Media və Yayım Şurası vətəndaşları süni şəkildə yaradılan informasiya dalğalarının təsiri altına düşməməyə çağırır Dünən, 19:00 "Şahinlərin Görüşü-2026" müştərək taktiki-uçuş təliminin açılış mərasimi keçirilib Dünən, 19:00 Prezident İlham Əliyev İranın daxili işlər nazirini qəbul edib Dünən, 18:00 ANAMA: 1,239.1 hectares cleared of mines and unexploded ordnance last week Dünən, 17:30 İqtisadi bağları zəif olan siyasi birliklərin uzunömürlü və dayanıqlı olması çətindir Dünən, 12:30 Dünyada separatizmə, müharibə cinayətlərinə münasibət fərqli olmamalıdır Dünən, 11:30 Bakıda TDT-yə üzv dövlətlərin əqli mülkiyyət qurumları rəhbərlərinin görüşü Dünən, 11:00 Türk dünyası gənclərinin görüşü maraqlı anlarla yadda qalıb Dünən, 11:00 Azad edilmiş ərazilərdə daha 361 mina, 624 PHS aşkarlanıb Dünən, 10:30 Vətən müharibəsinin xronikası: 11 oktyabr Dünən, 10:30 Türk dövlətlərinin iştirakı ilə ənənəvi futbol yarışı təşkil olunacaq 11-10-2026, 10:00 Azərbaycanlı professorun kitabı ABŞ-də təqdim olunacaq 11-10-2026, 10:00 Ankarada Beynəlxalq Nəsimi Simpoziumu keçiriləcək 10-10-2026, 09:30 Daşkənddə “İrs-Miras” jurnalının özbək dilində nəşri təqdim olunub 10-10-2026, 08:30 ABŞ Prezidenti: Putin Azərbaycan və Ermənistan arasında münaqişəni həll etdiyimə inana bilmirdi 10-10-2026, 08:30 Özbəkistan Prezidenti MDB-də əməkdaşlığın genişləndirilməsinə dair yeni təkliflər irəli sürüb 9-10-2026, 20:30 Dövlət maliyyəsinin səmərəli idarə olunması vacibdir 9-10-2026, 19:30 International travellers visit Ganjasar Monastery Complex 9-10-2026, 17:00 Nobel mükafatçısı Enn Karsonun təcrübəsi: Nizami və Füzuli irsini müasir dünyaya necə çatdırmalı? 9-10-2026, 12:00 Xaqani Şirvaninin 900 illiyinə həsr olunmuş kitab sərgisi açılıb 9-10-2026, 11:00 Prezident İlham Əliyev: 2026-cı ilin ilk yarısında Azərbaycan üzərindən tranzit daşımalarının həcmi 10 faiz artıb 9-10-2026, 11:00 Prezident: Məqsədimiz Azərbaycan üzərindən yükdaşımaların həcmini hər istiqamət üzrə 15 milyon tona çatdırmaqdır 9-10-2026, 11:00 Türkiyənin məktəblərində Azərbaycanın 44 günlük müharibədəki Zəfərinə həsr olunmuş müsabiqələr keçiriləcək 9-10-2026, 10:30 Pentaqon İrana qarşı yeni hərbi əməliyyatlara hazırlaşır - KİV 9-10-2026, 09:00 Mina təhlükəsi məcburi köçkünlərin geri qayıdışına mane olmaqda davam edir 9-10-2026, 08:00 Milli Məclis Avropa Parlamentinin qətnaməsini qərəzli siyasi aksiya kimi qiymətləndirib 8-10-2026, 19:30
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031