Fact-info.az xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft-Qaz Şirkətinin (SOCAR) vitse-prezidentinin müavini Vitali Bəylərbəyov “S&P Global”a müsahibəsində deyib.
2022-ci ilin ortalarında Azərbaycan və Aİ arasında 2027-ci ilə qədər Avropaya qaz tədarükünün 20 milyard kubmetrə çatdırılması ilə bağlı anlaşma memorandumu imzalanıb. V.Bəylərbəyovun sözlərinə görə, bu məqsədə çatmağın çətin olacağından narahat olmaq üçün heç bir əsas yoxdur.
Azərbaycan iyul ayında quyuların işə salınacağı "Abşeron" yatağından yeni həcmdə qaz hasil etməyi planlaşdırır. Həmçinin, “Azəri-Çıraq-Günəşli” və “Ümid-Babək” yataqlarındakı qaz laylarının işlənməsi hesabına da əlavə qaz həcmləri əldə olunacaq. V.Bəylərbəyov qeyd edib ki, alıcılar bu həcmlərin alqı-satqısı ilə bağlı uzunmüddətli müqavilələr bağlasalar, bu həcmlər tezliklə bazara çıxarıla bilər.
O əlavə edib ki, Azərbaycan həmçinin Türkiyənin öz ərazisində qaz habının yaradılması planlarını yaxından izləyəcək.
"Türkiyə qaz biznesində bizim tərəfdaşımızdır, bu isə son dərəcə vacibdir. Təbii ki, onun necə işləyəcəyini daha yaxşı anlamaq istərdik. Məqsədlərimizlə üst-üstə düşərsə, biz də orada olacağıq", - SOCAR nümayəndəsi deyib ("Report").
Baxış sayı: 216
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia

