Fact-info.az Ukraynanın Prezident Ofisinin saytına istinadla xəbər verir ki, səfir Seymur Mərdəliyevi Ukraynada diplomatik fəaliyyətə başlaması münasibətilə təbrik edən Volodimir Zelenski Azərbaycanın Ukraynanın ərazi bütövlüyü və suverenliyinə verdiyi dəstəyə görə minnətdarlığını bildirib.
Volodimir Zelenski Azərbaycan Prezidenti İlham Əliyevə ən səmimi təbriklərini çatdırıb və onların Kişineudakı son görüşlərinin məhsuldar keçdiyini, qarşılıqlı maraq doğuran bir çox məsələləri müzakirə edə bildiklərini qeyd edib: “Xüsusilə, biz Azərbaycanın İrpen şəhərinin bərpasında iştirakına razılaşdıq”.
“Bizim komandalarımız artıq bu sazişin həyata keçirilməsi üzərində işləyir. Bu, Ukraynanın müharibədən sonrakı bərpasına konkret töhfə olacaq”, - deyə dövlət başçısı vurğulayıb.
Ukrayna Prezidenti, həmçinin Rusiyanın təcavüzündən əziyyət çəkən ukraynalıların Azərbaycanda səmimi qəbuluna görə təşəkkür edib.
O, Rusiyanın silahlı təcavüzünün nəticələrinin, xüsusən də Rusiya Federasiyasının Kaxovka Su Elektrik Stansiyasında törətdiyi texnogen fəlakətin aradan qaldırılmasında Azərbaycanın göstərdiyi humanitar yardıma görə minnətdarlığını bildirib. Volodimir Zelenski Azərbaycanın Ukrayna sülh formulunun həyata keçirilməsində fəal iştirakına və Qlobal Sülh Sammitində iştirakına ümid etdiyini söyləyib.
Prezident Azərbaycan iş adamlarını indidən infrastruktur və enerji layihələrinin icrasına qoşulmağa dəvət edib.
Baxış sayı: 150
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia

