Fact-info.az APA-ya istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat katibinin birinci müavini Vedant Patel brifinq zamanı deyib.
"Tərəflər Cənubi Qafqaz regionunda sülhə can atdıqları üçün Vaşinqtonda növbəti danışıqları səbirsizliklə gözləyirik. Biz inanırıq ki, birbaşa dialoq problemlərin həlli və davamlı sülhə nail olmaq üçün açardır. Gərginlik yaradan addımlar, şübhəsiz ki, indi Ermənistan və Azərbaycan arasında danışıqlar müxtəlif məkanlarda aparıldığı üçün səmərəsizdir", - deyə Vedant Patel bildirib.
Rusiyanın bu prosesdəki roluna gəlincə, Patel deyib ki, əgər Moskva prosesdə konstruktiv rol oynaya biləcəyinə inanırsa, təbii ki, bu alqışlanır.
"Bu danışıqlar irəliləyir. ABŞ bu prosesdə mühüm tərəfdaş olub və dövlət katibi bu işdə şəxsən iştirak edib. Birbaşa dialoq problemlərin həlli, uzunmüddətli sülhə nail olmaq üçün açardır", - deyə Vedant Patel bildirib.
Baxış sayı: 161
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia

