FACT-INFO.AZ » XƏBƏR » Romada Qarabağ xanlığının tarixi və mədəni irsi haqqında kitab təqdim olunub
21-06-2023, 21:30 | XƏBƏR
Romada Qarabağ xanlığının tarixi və mədəni irsi haqqında kitab təqdim olunub

Fact-info.az AZƏRTAC-a istinadən  xəbər verir ki, əvvəlcə kitabxananın foyesində iyulun 1-dək davam edəcək “Qarabağın mədəni irsinin inciləri” adlı sərginin açılışı olub. Tədbir iştirakçıları sərgidə nümayiş edilən, Gürcüstan Milli Muzeyinin kolleksiyalarında qorunan, Qarabağ xanlığına (1747-1822-ci illər) aid mədəni artefaktların rəsmləri ilə tanış olublar. Sərgidə nümayiş olunan fotolar “Qarabağ xanlığı. Tarixi və mədəni kimlik” kitabından seçilərək götürülmüş artefaktlar əsasında hazırlanıb. Onların arasında Qarabağ xanlığına aid edilən bayrağın məlum olan ilk təsvirini, Qarabağ xanları sülaləsində qorunmuş Şah İsmayılın qalxanı, qədim xalçaları, Sərdar məscidinin və onun fasadının dekorasiya plitələrini, həmçinin XIX əsr Şuşa şəhərinin görüntülərini, XIX əsrin sonu - XX əsrin əvvəllərində Sərdar xan sarayının fasadını və daxili görünüşünü, XIX əsrə aid at yəhərini, iki tar və üçsimli kamançanı əks etdirən fotolar, Mirzə Qədim İrəvaninin müəllifi olduğu Həsən Qulu xan Qacarın, Fətəli şah Qacarın portretləri xüsusi maraq doğurur.

Kitabın təqdimatı ilə bağlı keçirilən konfransda italyan alim və professorlar, ictimaiyyət nümayəndələri iştirak ediblər. Açılış nitqi ilə çıxış edən kitabxananın direktoru Stefano Kampanolo və Azərbaycanın İtaliyadakı səfiri Rəşad Aslanov beş dildə işıq üzü görmüş nəşrin italyan dilində dərc edilməsini bu ölkənin ictimaiyyəti arasında Qafqazın incisi Şuşa və Qarabağ bölgəsində qədim tarixi, Azərbaycan mədəni irsi haqqında geniş məlumatın və təsəvvürlərin formalaşmasında mühüm rol oynayacağını bildiriblər.

Roma Sapienza Universitetinin tədqiqatçısı, professor Daniel Pommier Vinçellinin moderatorluğu ilə keçirilən əsas müzakirələrdə Gürcüstan Milli Muzeyinin direktoru, tanınmış arxeoloq professor David Lordkipanidze və mədəni irsin bərpası sahəsində ixtisaslaşan “Artcloud Network International”ın kreativ direktoru Fabrisio Konti çıxışlarında Rusiya imperiyası dövründə toplanmış və bu gün Gürcüstanda qorunan etnoqrafik materialların Qarabağın Azərbaycan milli mədəniyyətinin mühüm mərkəzlərindən biri olmasını sübut etdiyini xüsusi vurğulayıblar.

Müzakirələrə “Qarabağın Azərbaycan milli kimliyində rolu” mövzusunda məruzə ilə yekun vuran Azərbaycan Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Elşad İskəndərov işğal dövründə Qarabağ bölgəsində Ermənistan tərəfindən Azərbaycan mədəni və dini irsinin məhv edildiyini, gürcü alimləri tərəfindən Qarabağ xanlığı irsinin dərindən tədqiq olunmasının bu bölgənin Azərbaycan milli kimliyindəki rolu haqqında tarixi həqiqətlərin üzə çıxması baxımından xüsusi əhəmiyyət daşıdığını qeyd edib. Heydər Əliyev Fondunun təşəbbüsü ilə nəşr edilən kitabın Qarabağın postmünaqişə dövründə dirçəldilməsinin Azərbaycan xalqının ümummilli ideyasının olduğunu bir daha sübut etdiyi bildirilib.

Sapienza Universitetinin tədqiqatçısı, professor Ciovanna Motta kitabın nəşrini Azərbaycanın zəngin tarixi-mədəni irsinə aid maddi dəlillərin aşkarlanması istiqamətində həyata keçirilən unikal layihə kimi qiymətləndirib.

Konfransın sonunda İtaliya Milli Mərkəzi Kitabxanasında saxlanılacaq kitabın qəbulu ilə bağlı xüsusi sertifikat Azərbaycan tərəfinə təqdim edilib, həmçinin kitabın nüsxələri tədbir iştirakçılarına hədiyyə olunub.

Qeyd edək ki, müəlliflər qrupunun rəhbəri professor Eldar Nadiradze olan “Qarabağ xanlığı. Tarixi və mədəni kimlik” kitabında XIX əsrdə çar Rusiyasının Qarabağda həyata keçirdiyi hərbi və elmi ekspedisiyaları zamanı toplanan və hazırda Gürcüstan Milli Muzeyinin fondlarında saxlanılan, Qarabağ xanlığına aid olan 300-dən çox artefaktın rəsmi yer alıb. Bu artefaktlar muzeyin arxivinə təhvil verildikdən sonra müəyyən səbəblərdən heç vaxt açılmayıb və 100 ildən artıq bir dövrdə arxivdə kataloqlaşdırılmadan saxlanılıb. Çox nadir mədəni irsimizin göstəricisi olan nəşrdə kataloqlaşdırılmış bu kolleksiya Azərbaycan tarixinin ayrılmaz hissəsi olan Qarabağ xanlığına, onun zəngin mədəni irsinə beynəlxalq marağın artmasına töhfə verəcək. Kitab Azərbaycan, rus, ingilis, fransız, ərəb və italyan dillərində nəşr olunub.




Baxış sayı: 178
Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq Bu gün, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib Bu gün, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi Bu gün, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər Bu gün, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır Bu gün, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir Bu gün, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub Bu gün, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib Bu gün, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb Bu gün, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub Bu gün, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub Dünən, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib Dünən, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb Dünən, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» Dünən, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan Dünən, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb Dünən, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib Dünən, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir Dünən, 10:30 Parisdə Zəfər Gününə həsr olunmuş musiqi gecəsi təşkil edilib Dünən, 10:30 Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram Dünən, 10:00 Azərbaycanın ideoloji təhlükəsizliyi milli suverenliyin qorunmasının əsas şərtlərindəndir 4-11-2026, 20:30 Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanının özbək dilində nəşri təqdim olunub 4-11-2026, 20:00 Azerbaijan’s cultural heritage showcased at festival in South Korea 4-11-2026, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar 4-11-2026, 16:00 Ürək sağlamlığı diqqət mərkəzində 4-11-2026, 15:00 “Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” 4-11-2026, 14:30 Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub 4-11-2026, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib 4-11-2026, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb 4-11-2026, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu 4-11-2026, 09:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30