FACT-INFO.AZ » SİYASƏT » Edqars Rinkeviç: İnanıram ki, Azərbaycan və Ermənistan sülh sazişi üzrə razılığa gələ biləcəklər
21-06-2023, 10:00 | SİYASƏT
Edqars Rinkeviç: İnanıram ki, Azərbaycan və Ermənistan sülh sazişi üzrə razılığa gələ biləcəklər

Fact-info.az xəbər verir ki, Avropa Şurası Nazirlər Komitəsinin sədri daha sonra avropalı parlamentarilərin suallarını cavablandırıb.

Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Nigar Arpadarai latviyalı nazirə müraciət edərək deyib: “Avropa Şurasının iki üzvü olan Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşması müsbət perspektivlər açır. Sülh danışıqları son vaxtlar kifayət qədər intensiv xarakter daşıyır və beynəlxalq hüququn prinsiplərinə, xüsusilə də bir-birinin ərazi bütövlüyünə və suverenliyinə hörmətə əsaslanır.

Ancaq buna paralel olaraq, digər fəaliyyətlər də həyata keçirilməlidir, məsələn, etimadın möhkəmləndirilməsi tədbirləri. Avropa Şurasının Baş katibi artıq bu istiqamətdə layihələrə start verildiyini bildirdi. Nazirlər Komitəsinin sədri kimi bu sahədə Avropa Şurasının rolunu necə görürsünüz?”.

Azərbaycanlı deputatdan sonra erməni nümayəndə Nazirlər Komitəsinin sədrinə təxribatçı sual ünvanlayıb.

Sualları cavablandıran Edqar Rinkeviç deyib: “Əvvəla biz ümid edirik ki, hər iki ölkə - Azərbaycan və Ermənistan bütün çətinliklərə baxmayaraq, sülh sazişi üzərində razılığa gələ biləcəklər. Mən bu dialoqun, siyasi prosesin intensivləşməsini də çox yüksək qiymətləndirirəm. İnanıram ki, bu, konkret, həm də müsbət nəticəyə gətirib çıxaracaq.

Hesab edirəm ki, lazımi şəraiti yaratmaqla Avropa Şurasının da bu prosesdə rolu var. Ermənistan, eləcə də Azərbaycan hələ 2001-ci ildə Şuraya üzv olublar və hər ikisi münaqişənin sülh yolu ilə həlli üçün öhdəlik götürüb. Beləliklə, mən hesab edirəm ki, hər iki ölkə öz öhdəliklərinə uyğun hərəkət etməlidir”.




Baxış sayı: 230
Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq Bu gün, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib Bu gün, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi Bu gün, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər Bu gün, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır Bu gün, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir Bu gün, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub Bu gün, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib Bu gün, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb Bu gün, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub Bu gün, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub Dünən, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib Dünən, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb Dünən, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» Dünən, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan Dünən, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb Dünən, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib Dünən, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir Dünən, 10:30 Parisdə Zəfər Gününə həsr olunmuş musiqi gecəsi təşkil edilib Dünən, 10:30 Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram Dünən, 10:00 Azərbaycanın ideoloji təhlükəsizliyi milli suverenliyin qorunmasının əsas şərtlərindəndir 4-11-2026, 20:30 Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanının özbək dilində nəşri təqdim olunub 4-11-2026, 20:00 Azerbaijan’s cultural heritage showcased at festival in South Korea 4-11-2026, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar 4-11-2026, 16:00 Ürək sağlamlığı diqqət mərkəzində 4-11-2026, 15:00 “Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” 4-11-2026, 14:30 Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub 4-11-2026, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib 4-11-2026, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb 4-11-2026, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu 4-11-2026, 09:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30