FACT-INFO.AZ » MƏDƏNİYYƏT » Bakıda “Qədim Türk yazı mədəniyyəti” mövzulu beynəlxalq konfrans
20-06-2023, 08:05 | MƏDƏNİYYƏT
Bakıda “Qədim Türk yazı mədəniyyəti” mövzulu beynəlxalq konfrans

Fact-info.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında təşkil olunan konfransda Türk Akademiyasının prezidenti Şahin Mustafayev, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Universitetinin rektoru Urxan Ələkbərov, Türkiyə Respublikasının YUNESKO üzrə Milli Komissiyasının sədri Öcal Oğuz, Azərbaycan Respublikasının YUNESKO üzrə Milli Komissiyasının baş katibi Seymur Fətəliyev, Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasının üzvü Həsən Həsənov, Türkiyə Dil Qurumunun prezidenti Osman Mert, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti İsa Həbibbəyli, həmçinin Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Mongolustan, Polşa və Almaniyadan tanınmış türkoloqlar iştirak ediblər.

Tədbirin məqsədi qədim türk yazılarının tədqiqatı ilə məşğul olan alimləri bir araya gətirmək və fikir mübadiləsi üçün əlverişli platforma yaratmaqdır.

Konfransın açılışında çıxış edən Türk Akademiyasının prezidenti Şahin Mustafayev türk yazısının 130 illik tarixində mühüm araşdırmalara və yeniliklərə diqqət çəkib. Şahin Mustafayev Beynəlxalq Türk Akademiyası ilə Monqolustan Elmlər Akademiyasının fəal əməkdaşlığına toxunaraq, ötən il Nomqon vadisində aparılan birgə arxeoloji qazıntılar nəticəsində Qutluq İlteriş Kağana həsr olunmuş abidə kompleksinin tapıldığını bildirib. O,  Beynəlxalq Türk Akademiyasının fəaliyyətinin əsas istiqamətlərindən birinin Türk Bitig çalışmaları olduğunu qeyd edərək, bu istiqamətdə çalışmaların davam edildiyini  bildirib: “Keçən il Monqolustanda Nomqon vadisində aparılan qazıntılar nəticəsində tapılan kitabənin yuxarı hissəsi Türk Dünyasında böyük əks-səda doğurub. Türk adının ilk dəfə Göytürklərin dövrünə aid bir yazıda qeyd olunması bu xəbəri daha da dəyərli edir. Bu il qazıntıları davam etdirməklə kitabənin qalan hissəsini tapacağımıza ümid edirik”.

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva 2023-cü ildə bütün Türk Dünyası üçün böyük dəyərə sahib önəmli ildönümlərinin qeyd olunduğunu vurğulayıb: “Qədim türk yazısı ortaq keçmişin xəzinəsinin açarı kimi tariximizdə mühüm yer tutur. Bu 130 illik yol davamlı araşdırma və kəşflərlə müşayiət olunub. Bu yolun bir parçası kimi biz bugünkü konfransımızı təşkil edərək, qədim türk yazısı ilə bağlı biliklərimizi dərinləşdirməyə çalışırıq”.

G.Əfəndiyeva qeyd edib ki, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu gənc beynəlxalq təşkilat olmasına baxmayaraq, ümumtürk mədəni irsinin  qorunub saxlanılması, yaşadılması və təbliği yönündə bir çox layihə və tədbirlər həyata keçirib. O, konfransın mövzusu ilə bağlı bildirib ki, Fond yaxın vaxtlarda petroqliflər, tamgalar və qədim türk kitabələrinə dair beynəlxalq sərginin təşkilini planlaşdırır.

Plenar iclasdan sonra konfrans müxtəlif mövzularda xüsusi panel sessiyaları ilə davam edib. Qədim türk yazısını kəşf edən Vilhelm Tomsenə həsr olunmuş paneldə iştirakçılar onun tədqiqatlarını və həyatını, türkologiyanın formalaşmasına töhfə verən fikir və təkliflərini bildiriblər. Bundan əlavə, türk dilinin tarixi və  xüsusiyyətləri, yayılma sahələri, çağdaş türk dilləri ilə davamlılığı, o dövrün digər dilləri (Çin, Soqdi, Monqol və s.) ilə qarşılıqlı əlaqəsi ilə bağlı xüsusi panellər keçirilib.

Konfransda qədim türk ədəbiyyatı, folkloru, mədəniyyət və incəsənəti, türk dövlətlərinin görkəmli simaları, arxeoloji qazıntılar kimi mövzular müzakirə olunub.

Sonda iştirakçılar qədim türk yazılı əsərlərinin tədqiqi ilə bağlı birgə qərarlar üzərində razılığa gələrək, Yekun Bəyannaməni qəbul ediblər.




Baxış sayı: 198
Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq Bu gün, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib Bu gün, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi Bu gün, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər Bu gün, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır Bu gün, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir Bu gün, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub Bu gün, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib Bu gün, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb Bu gün, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub Bu gün, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub Dünən, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib Dünən, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb Dünən, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» Dünən, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan Dünən, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb Dünən, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib Dünən, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir Dünən, 10:30 Parisdə Zəfər Gününə həsr olunmuş musiqi gecəsi təşkil edilib Dünən, 10:30 Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram Dünən, 10:00 Azərbaycanın ideoloji təhlükəsizliyi milli suverenliyin qorunmasının əsas şərtlərindəndir 4-11-2026, 20:30 Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanının özbək dilində nəşri təqdim olunub 4-11-2026, 20:00 Azerbaijan’s cultural heritage showcased at festival in South Korea 4-11-2026, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar 4-11-2026, 16:00 Ürək sağlamlığı diqqət mərkəzində 4-11-2026, 15:00 “Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” 4-11-2026, 14:30 Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub 4-11-2026, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib 4-11-2026, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb 4-11-2026, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu 4-11-2026, 09:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30