FACT-INFO.AZ » XƏBƏR » Ermənilər əsir və girov götürülmüş azərbaycanlıları vəhşicəsinə qətlə yetirib, kütləvi şəkildə dəfn ediblər
19-06-2023, 14:50 | XƏBƏR
Ermənilər əsir və girov götürülmüş azərbaycanlıları vəhşicəsinə qətlə yetirib, kütləvi şəkildə dəfn ediblər

 Fact-info.az-ın  məlumatına görə, bu fikirləri AZƏRTAC-a açıqlamasında politoloq Amid Əliyev söyləyib.

Politoloq bildirib ki, bu gün Qarabağda aparılan yenidənqurma və bərpa işləri zamanı bir sıra kütləvi məzarlıqlar aşkar edilib. Belə kütləvi məzarlıqlardan biri də Şuşa həbsxanasında tapıldı. Çox ehtimal ki, bu məzarlıqda işgəncə nəticəsində qətlə yetirilmiş azərbaycanlı hərbçilər basdırılıb.

“Bu gün isə yeni bir kütləvi məzarlıq Ağdam rayonunun azad edilmiş Sarıcalı kəndində aşkar edildi. Bu, Qarabağ ərazisində aşkar edilən növbəti, ancaq çox böyük ehtimalla sonuncu kütləvi məzarlıq deyil. Çünki Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş 4 minə yaxın azərbaycanlının taleyi haqqında heç bir məlumat yoxdur. Ermənistan tərəfi bu günə qədər həmin şəxslər haqqında məlumatları Azərbaycana təqdim etməyib. Çünki ermənilər əsir və girov götürülmüş azərbaycanlıları vəhşicəsinə qətlə yetirib, kütləvi şəkildə dəfn ediblər. Bütün bunlar onu deməyə əsas verir ki, Ermənistan dövləti son 30 il ərzində gizlətməyə çalışdığı qanlı və qaranlıq keçmişinin üstündən xətt çəkə bilməyəcək. Kütləvi məzarlıqlardakı cəsədlərdən əldə edilmiş faktlar və aparılmış müayinələr onlara olmazın işgəncələr verildiyini sübut edir”,- deyə A.Əliyev diqqətə çatdırıb.

O əlavə edib ki, işğaldan azad olunmuş ərazilərdə aşkarlanan məzarlıqlar əsl erməni xislətinin, barbarlığının və vəhşiliyinin bariz nümunəsidir. Bütün bu faktlara, hərbi cinayətlərə və vəhşiliklərə görə Ermənistan dövləti Beynəlxalq Ədalət Məhkəməsi qarşısında cavab verməli olacaq və lazım olan cəzanı alacaq. Bunlara baxmayaraq, indiyədək bu siyasət Ermənistanın siyasi hakimiyyəti tərəfindən davam etdirilir. Belə ki, bir neçə ay bundan əvvəl pis hava şəraiti səbəbindən yolu azaraq Ermənistan ərazisinə keçmiş iki nəfər Azərbaycan hərbi qulluqçusuna işgəncələr verildi, təzyiqlər göstərildi və onlara heç bir real siyasi və hüquqi əsas olmadan cinayət işi qaldırıldı.

Bütün qeyd olunan faktlar real şəraitdə dünyanın gözü qarşısında baş verdi. Bir sıra insan hüquqları üzrə ixtisaslaşmış təşkilatlar isə bu faktlar qarşısında susur, növbəti dəfə selektiv yanaşmaya və ikili standartlara yer verir. Xatırladaq ki, Azərbaycan dövləti və xalqı baş verən bütün bu vəhşilikləri yaddan çıxarmayacaq. Dövlət səviyyəsində isə lazım olan cəzanın tətbiq olunmasına qədər mübarizə aparılacaq.




Baxış sayı: 489
Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq Bu gün, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib Bu gün, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi Bu gün, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər Bu gün, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır Bu gün, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir Bu gün, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub Bu gün, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib Bu gün, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb Bu gün, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub Bu gün, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub Dünən, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib Dünən, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb Dünən, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» Dünən, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan Dünən, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb Dünən, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib Dünən, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir Dünən, 10:30 Parisdə Zəfər Gününə həsr olunmuş musiqi gecəsi təşkil edilib Dünən, 10:30 Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram Dünən, 10:00 Azərbaycanın ideoloji təhlükəsizliyi milli suverenliyin qorunmasının əsas şərtlərindəndir 4-11-2026, 20:30 Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanının özbək dilində nəşri təqdim olunub 4-11-2026, 20:00 Azerbaijan’s cultural heritage showcased at festival in South Korea 4-11-2026, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar 4-11-2026, 16:00 Ürək sağlamlığı diqqət mərkəzində 4-11-2026, 15:00 “Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” 4-11-2026, 14:30 Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub 4-11-2026, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib 4-11-2026, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb 4-11-2026, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu 4-11-2026, 09:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30