Fact-info.az xəbər verir ki, müəllifin böyük “Vətən” layihəsi çərçivəsində işıq üzü görən əsəri 44 günlük Vətən savaşında iştirak etmiş 101 şəhiddən bəhs edir.
Bu kitabın yazılmasında əsas məqsəd İkinci Qarabağ müharibəsində şəhidlik zirvəsinə ucalan Azərbaycan oğullarının qəhrəmanlıqları barədə gələcək nəsilləri məlumatlandırmaqdır.
Tədbiri giriş nitqi ilə açan kitabın müəllifi Aydın Tağıyev qonaqları salamlayaraq layihə haqqında məlumat verib: “Layihə ərzində bizə bu Qələbəni yaşadan şəhidlərimiz arasında 101 qəhrəmanımızın ailəsində fərdi şəkildə qonaq oldum. Ölkəmizin bir çox bölgələrində şəhid ailələrini ziyarət etdim. Şəhidlərimimizin keçdiyi yol oxşar olduğu kimi, onların ailələrini də sanki bir-birinə çox bənzədirdim. Dərdləri, sözləri, fikirləri eyni idi... Ümumilikdə İkinci Qarabağ müharibəsinin üç mindən artıq şəhidlindən 101-nin qəhrəmanlıq tarixini yazıya ala bildim”, -deyə A.Tağıyev bildirdi.
Təqdimatda şəhid ailələrinin üzvləri Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Zəfərlə başa çatan 44 günlük Vətən müharibəsində qazanılan şanlı Qələbənin tarixi əhəmiyyətindən danışıblar, Azərbaycan oğullarının misilsiz qəhrəmanlığından söz açıblar. Ərazi bütövlüyümüz uğrunda canlarından keçən oğulların əziz xatirəsinin belə kitablarda əbədiləşdirilməsini gənc nəslin vətənpərvərlik ruhunda böyüməsi baxımından yüksək qiymətləndiriblər.
Qeyd edək ki, bu, müəllifin oxucularla sayca ikinci görüşüdür.
Baxış sayı: 208
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia

