FACT-INFO.AZ » XƏBƏR » Rusiya Ukrayna müharibəsi kulminasiya nöqtəsinə çatır
13-06-2023, 10:15 | XƏBƏR
Rusiya Ukrayna müharibəsi kulminasiya nöqtəsinə çatır

 Bu gün də Azərbaycan telekanallarında bəzi siyasi ekspertlər Rusiyanın  Ukraynadakı qələbəsindən danışır. Qərbə hiddətini bildirərək Rusiyanın işğal faktına haqq qazandırırlar. Günah həmin rus sevdalılarını analitik verilişlərə dəvət edən şəxslərdədir. Onların kimin maraqlarına xidmət etdiyini bilmirik. Amma belə fikirlər ictimai  fikirdə yanlışlıq yaradır. Onu unutmaq olmaz ki, bu müharibədə Rusiya yalnız pirr qələbəsinbə nail ola bilər. 

Bizdə antirus əhaval-ruhiyyəsi yoxdur. Rus mədəniyyətini, ədəbiyyatını, poeziyasını sevirik. Lakin Rusiya işğalını, rus şovinizmini qəbul etmək mümkünsüzdür. Məhz bu gün ona görə, Ukrayna xalqının ədalətli mövqeyini müdafiə edirik. Çox müsbət haldır dünyanın əsas aparıcı dövlətləri, xalqları  həm öz hədəfləri naminə, həm də dünyanın maraqları çərçivəsində olsa da, bu gün Ukraynaya dəstəyini əsirgəmirlər. Nəticədə isə Ukrayna bütün itkilərə baxmayaraq, kifayət qədər toparlanıb və öz torpağını azad etməyə hazırdır. Hər zaman dualarımız haqqın yolunda olanlarladır.

Real vəziyyəti təhlil etdikdə bu qənaətə gəlmək olar ki,  Rusiya Ukrayna müharibəsi kulminasiya nöqtəsinə çatır. Bəs, bu müharibə necə başa çata bilər?

Birinci versiya ondan ibarətdir ki, bütün lazımı dəstəyi aldıqdan sonra Ukrayna ordusu öz torpaqlarınıazad edərək bütün ölkə ərazisində konstitusion hüquqlarını bərqərar edəcək, işğala son qoyacaq. 

İkinci versiya odur ki, Rusiya daxilində dəyişiklik ola bilər. Putin hansısa yolla aradan götürülür və nəhayət yeni hökümət danışıqlara başlayır. 

Üçüncü versiyaya əsasən onu ehtimaletmək olar ki, Rusiyada çox milyonlu xalq kütlələri müharibədən, itkilərdən, iqtisadi vəziyyətdən bezib ayağa qalxar. Və ölkənin faktiki rəhbərinə deyər: “Putin gedirsən bəhanəsiz get”. Təbii ki, Putini rahat şəkildə yola salmaq inandırıcı deyil. Lakin siyasətdə, idarəetmə sistemində heç kimin düşünmədiyi gözlənilməyən anlar, sürpriz dəyişiklər baş verə bilər. Hər halda yaşayarıq görərik. Ehtimallarıartırmaq olar. 

Mənim qənaətimcə, Qərb Rusiyanın tamamilə dağılmasını istəmir. Çünki bu imperiyanın çöküşü prosesin müsbət tərəfləri ilə bərabər regionda dağıdıcı qüvvələrin peyda olmasına gətirib çıxara bilər.O baxımdam  gücdən düşmüş, parçalanmış, uzun illər hərbi infrastrukturuna qadağa qoyulacaq və nəhayət tam asılı vəziyyətə düşən Rusiyanı görmək Qərbin hədəfləri ola bilər.

Əkrəm Bəydəmirli




Baxış sayı: 324
Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq Bu gün, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib Bu gün, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi Bu gün, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər Bu gün, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır Bu gün, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir Bu gün, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub Bu gün, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib Bu gün, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb Bu gün, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub Bu gün, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub Dünən, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib Dünən, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb Dünən, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» Dünən, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan Dünən, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb Dünən, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib Dünən, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir Dünən, 10:30 Parisdə Zəfər Gününə həsr olunmuş musiqi gecəsi təşkil edilib Dünən, 10:30 Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram Dünən, 10:00 Azərbaycanın ideoloji təhlükəsizliyi milli suverenliyin qorunmasının əsas şərtlərindəndir 4-11-2026, 20:30 Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanının özbək dilində nəşri təqdim olunub 4-11-2026, 20:00 Azerbaijan’s cultural heritage showcased at festival in South Korea 4-11-2026, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar 4-11-2026, 16:00 Ürək sağlamlığı diqqət mərkəzində 4-11-2026, 15:00 “Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” 4-11-2026, 14:30 Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub 4-11-2026, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib 4-11-2026, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb 4-11-2026, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu 4-11-2026, 09:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30