Fact-info.az-ın “RBC-Ukraina”ya istinadən məlumatına görə, bu barədə 7-ci əlahiddə AREY UDA batalyonu feysbukda xəbər yayıb.
Ukrayna Silahlı Qüvvələrinin ərazi müdafiə qüvvələrinin 129-cu briqadasının Könüllülər Ordusunun “AREY” 7-ci əlahiddə batalyonu mayor Aleksandr Qrişukun komandanlığı ilə Volnovaksk rayonunun Velikonovoselkovska qəsəbə icmasının Neskuçne kəndini azad edib”, - məlumatda bildirilir.
Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunları Blaqodatnının Rusiya hərbçilərindən azad edildiyini rəsmən təsdiqləyib.
Ukrayna müdafiə nazirinin müavini Anna Malyar teleqram kanalında hücumun həyata keçirildiyi istiqamətlər barədə danışaraq, Ukrayna qoşunlarının Baxmut bölgəsində hücum əməliyyatlarını davam etdirdiyini qeyd edib.
"Berxovsk su anbarı ərazisində uğur var. Biz 250 metr irəliləmişik", - o bildirib.
Bundan əlavə, Malyar bildirib ki, cənubda "iki istiqamətdə 300 metrdən 1 500 metrə qədər irəliləyiş var".
"Blaqodatnı və Makarovka yaşayış məntəqələri işğaldan azad edilib", - nazirliyin sözçüsü bildirib.
Baxış sayı: 192
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia

