FACT-INFO.AZ » AKTUAL » Fransa Ermənistanı silahlandırmaqla sülh danışıqlarına zərbə vurur
10-06-2023, 21:45 | AKTUAL
Fransa Ermənistanı silahlandırmaqla sülh danışıqlarına zərbə vurur

 Qarabağda qanunsuz silahlı birləşmə saxlayanlar yoxsa, Azərbaycan?! Kimdir onların hüquqlarını pozan?! Separatçı rejim barədə internetdə hansısa neqativ materialın axtarışına görə həbs tətbiq edənlər, yoxsa Azərbaycan?! Ümumiyyətlə, Afrikadan, Yaxın Şərqdən qaçanların hər vasitə ilə qarşısını kəsənlər, onları dənizlərdə batıranlar, ölkələrinə gəlib çıxanları isə qəfəsdə saxlayanlar Laçın yolu ilə azad gediş-gəliş deyiləndə nəyi nəzərdə tuturlar? Həmin yolla yenə minaların daşınmasımı, yoxsa İranın və digərlərinin göndərdikləri terror təlimçilərinin Qarabağa sərbəst gediş-gəlişinimi?

Qərbdəkilərin normal məntiqə sığmayan bu davranışlarının nədən qaynaqlandığı sirr deyil. Onlar Ermənistanın və Qarabağdakı separatçı ünsürlərin yeni savaş hazırlığı gördüklərini bilirlər. Hayları revanşizmə sürükləyən və artıq onları silahlandıran Fransanın mövqeyi aydındır. Fransa Ermənistanı silahlandırmaqla sülh danışıqlarına zərbə vurur. Rəsmi Paris bununla həm də Vaşinqtonda gedən sülhyaratma prosesinə maneçilik törədir.

Fact-info.az-ın məlumatına görə, bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Sahib Alıyev səsləndirib.

Deputat bildirib ki, Paşinyan Qarabağı Azərbaycanın tərkib hissəsi olaraq tanıyır. Özünü və ölkəsini vasitəçi kimi sırımağa çalışan Makron isə bizim torpaqlarımızı “mübahisəli ərazi” adlandırır. “Yəqin ki, o, Almaniyaya cəmi 42 günə təslim olan ölkəsinin təcrübəsindən çıxış edərək, Ermənistanı da uduzduğu savaşın benefisiarına çevirmək istəyir. Amma unudur ki, indi İkinci Dünya müharibəsi dövrü deyil. Bəlli səbəblərdən Fransanı da öz cərgələrinə qoşanlar hazırda Ukraynada əks cəhdədirlər. Ən əsası, o zaman “böyük bacı”nın torpağı işğal olunmuşdu. Onun Hitler almaniyasısayaq nasizm xəstəliyinə yoluxmuş “kiçik bacısı” isə başqasının torpağına soxulmuşdu. Sonuncu “bacı” girdiyi torpaqdan vurulub çıxarılıb. Amma təəssüf ki, hələ tam yox. Onun ordusunun tör-töküntüləri hələ də Qarabağdadır. Azərbaycanın bu vəziyyətlə barışacağını, ordusunun mövqelərinin davamlı atəşə tutulacağını görməzdən gələcəyini düşünənlər, Ermənistanı yeni savaşa sürükləyənlər yanılırlar”, - deyə S.Alıyev diqqətə çatdırıb.

Deputatın sözlərinə görə, onlar unutmasınlar ki, İrəvan yenidən qarşıdurmaya baş vursa, bu dəfə “böyük bacı”nın İkinci Dünya savaşındakı rüsvayçı məğlubiyyət rekordunu təzələyəcək, yəni, ordusu 2020-ci ildəki kimi 44 günə yox, uzağı bir aya darmadağın ediləcək.

“Əminik ki, Prezident İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan kimi əsl liderlərin rəhbərlik etdikləri Azərbaycan və Türkiyə regionda təhlükəsizliyin təmin olunması bütün zəruri tədbirləri görəcək”, - deyə Sahib Alıyev vurğulayıb.




Baxış sayı: 254
Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq Bu gün, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib Bu gün, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi Bu gün, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər Bu gün, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır Bu gün, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir Bu gün, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub Bu gün, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib Bu gün, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb Bu gün, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub Bu gün, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub Dünən, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib Dünən, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb Dünən, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» Dünən, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan Dünən, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb Dünən, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib Dünən, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir Dünən, 10:30 Parisdə Zəfər Gününə həsr olunmuş musiqi gecəsi təşkil edilib Dünən, 10:30 Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram Dünən, 10:00 Azərbaycanın ideoloji təhlükəsizliyi milli suverenliyin qorunmasının əsas şərtlərindəndir 4-11-2026, 20:30 Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanının özbək dilində nəşri təqdim olunub 4-11-2026, 20:00 Azerbaijan’s cultural heritage showcased at festival in South Korea 4-11-2026, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar 4-11-2026, 16:00 Ürək sağlamlığı diqqət mərkəzində 4-11-2026, 15:00 “Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” 4-11-2026, 14:30 Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub 4-11-2026, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib 4-11-2026, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb 4-11-2026, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu 4-11-2026, 09:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30