Fact-info.az xəbər verir ki, dövlətimizin başçısı bu əlamətdar gündə son üç onillikdə xalqlarımızı birləşdirən mehriban dostluq ənənələrinə, qarşılıqlı hörmətə və etimada əsaslanan, faydalı tərəfdaşlıq ruhunda ardıcıl olaraq genişlənən və dərinləşən Azərbaycan-Belarus münasibətlərinin yüksək səviyyəsini bir daha qeyd edib.
“Bizim böyük inkişaf yolu keçmiş, fəal siyasi dialoqla, intensiv təmaslarla, ikitərəfli və çoxtərəfli formatlarda iqtisadi-ticari, humanitar və bir çox başqa sahələrdə məhsuldar əməkdaşlıqla xarakterizə olunan dövlətlərarası əlaqələrimiz xüsusi məmnunluq doğurur”, - deyə Prezident İlham Əliyev bildirib.
Aleksandır Lukaşenkonun Azərbaycan-Belarus münasibətlərinin ardıcıl inkişafına, onların strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsinə sanballı şəxsi töhfə verdiyini vurğöulayan dövlətimizin başçışı ölkələrimiz arasında dostluq münasibətlərinin və əməkdaşlığın birgə səylərlə gələcəkdə də hərtərəfli möhkəmlənəcəyinə, xalqlarımızın və ölkələrimizin maraqları naminə yeni məzmunla zənginləşəcəyinə əminliyini ifadə edib.
Baxış sayı: 209
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia

