Fact-info.az APA-ya istinadən xəbər verir ki, bunu Ukraynanın ölkəmizdəki səfiri Vladislav Kanevski jurnalistlərə açıqlamasında deyib.
O bundan əlavə onu da qeyd edib ki, hazırkı yardımla yanaşı, həmçinin 20 ton yanacaq göndərilib:
"Bu da xilasetmə əməliyyatlarında istifadə olunan texnika və gəmilər üçün nəzərdə tutulub. Deyə bilərik ki, bizim strateji tərəfdaşlığımız daha da yüksək səviyyəyə qalxıb. Bu əsl və səmimi dostluqdur".
Səfir Kaxovka SES-in partladılması barədə də danışıb: "Əslində vəziyyət çox pisdir, çünki bütöv yaşayış məntəqələri su altında qalıb. Söhbət yüzlərlə qəsəbə və kəndlərdən gedir və təxminən 60 min kv.km ərazini əhatə edir. Baş verən qəza nəticəsində yarım milyon kv.km ərazi quraqlığa məruz qala bilər. Kaxovka SES-də baş verən faciədən sonra Ukraynanın nəzarətində olan ərazilərdə xilasetmə işləri davam etdirilir. Bu işlər bizim dostlarımızla birlikdə həyata keçirilir", - o deyib.
Qeyd edək ki, humanitar yardım Ukrayna tərəfindən daxil olmuş müraciət nəzərə alaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığı ilə göndərilib.
Baxış sayı: 196
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia

