FACT-INFO.AZ » İQTİSADİYYAT » Agentliyin dəstəyi ilə gerçəkləşən Vətən müharibəsi qazilərinin sosial vəziyyətinin yaxşılaşdırılmasına yönəlmiş layihənin yekun yiğıncağı kecirilib
9-06-2023, 18:45 | İQTİSADİYYAT
Agentliyin dəstəyi ilə gerçəkləşən Vətən müharibəsi qazilərinin sosial vəziyyətinin yaxşılaşdırılmasına yönəlmiş layihənin yekun yiğıncağı kecirilib

Azərbaycan Respublikasının Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə QHT koalisiyası tərəfindən Beyləqan rayonunda həyata keçirilən   “Vətən müharibəsi iştirakçılarının psixoloji-sosial vəziyyətinin yaxşılaşdırılmasına dəstək” layihəsinin icrası uğurla başa çatmışdır.

İstixana quraşdırılması üzrə layihə hədəf qrupu aşağıdakı üzrədir:

№

Faydalanan qazi

Hədəf ərazi

1

Səfərov Orxan Şamil oğlu

Beyləqan şəhəri

2

Həsənov Orxan Həsən oğlu

Beyləqan şəhəri

3

Əliyev Əmrah Natiq oğlu

Beyləqan rayonu, Əlinəzərli kəndi

4

Quliyev Türkay Səxavət oğlu

Yeni Xocavənd qəsəbəsi

5

Quliyev Elgün Niyazi oğlu

Füzuli-Qayıdış 3

Əhmədov Yusif Sadalı oğlu

Füzuli-Qayıdış 3

Qeyd: Quliyev Elgün və Əhmədov Yusifin təkliflərinə əsasən hər ikisinin istifadəsi üçün bir ədəd istixana quraşdırıldı.

Vətən Müharibəsi Qazilərinə qurulmuş 5 ədəd hər biri 5m X 20 m ölçülü istixanalarda pomidor şitilləri artıq məhsul vermə fazasındadır. Hədəf faydalananlara hər biri 10 nəfərdən ibarət 2 qrupda fərdi təsərrüfatın səmərəli inkişafı üzrə bacarıqlarının artırılması üzrə 3 mövzuda -“Tərəvəzçiliyin örtülü sahədə təşkili”, “Marketinq- davamlı bazar araşdırmaları” və “Ailə büdcəsinin səmərəli idarə olunması” təlimlər keçirilmişdir. Təlimlər geniş bilik və təcrübəyə malik olan təlimçi Mehman Əliyev tərəfindən keçirilmişdir. 

Həmçinin “Şəfa” Psixoloji-sosial yardım İctimai Birliyinin psixoloqları tərəfindən fəaliyyət planına uyğun olaraq Qazilərə yerində fərdi qaydada psixoloji xidmət tədbirləri keçirilmişdir. 

Aqrar Xidmətlər Agentliyinin nəzdində yaradılmış “Regional Aqrar Təlim Mərkəzi”nin əməkdaşı İmamverdi Əliyev də layihə heyəti üzvləri ilə istixanalarda olmuşdur. O, layihə benefisiarlarına lazımi metodiki təlimat və tövsiyyələr verib.

20 may 2023-cü il tarixdə Beyləqan RİH başçısı aparatının “Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsi”nin müdir müavini, aqrar elmləri üzrə fəlsəfə doktoru Elman Süleymanov və Beyləqan rayon DAİM-nin bitkiçilik üzrə məsləhətçisi, Beyləqan peşə məktəbinin bitki mühafizəsi qrupunun müəllimi Seyfəddin Allahverdiyev istixanalara səfər etmişlər. Görülən işləri çox bəyənib və layihə faydalananlarına zəruri məsləhətlər vermişlər.

Faydalananların çarpaz görüşü keçirilmişdir. (Fəaliyyət planında nəzərdə tutulmayıb). 

09 iyun 2023-cü il tarixdə layihənin yekun yığıncağı keçirilmişdir. Yığıncaqda müharibə iştirakçıları, hədəf icma nümayındələri, iştirak etmişlər. İştirakçılar layihədən məmnunluqlarını bildirməklə yanaşı anoloji layihələrin daha geniş ərazilərdə tətbiqinin zəruriliyini qeyd etmişlər. 

Növbəti mərhələdə layihə icrasına dair təsviri hesabat və maliyyə hesabatı hazırlanaraq Donora təhvil veriləcəkdir. Xatırladırıq ki, layihənin rəhbəri Eyyub Hüseynovdur.

Fact-info.az




Baxış sayı: 279
Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq Bu gün, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib Bu gün, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi Bu gün, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər Bu gün, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır Bu gün, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir Bu gün, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub Bu gün, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib Bu gün, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb Bu gün, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub Bu gün, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub Dünən, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib Dünən, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb Dünən, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» Dünən, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan Dünən, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb Dünən, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib Dünən, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir Dünən, 10:30 Parisdə Zəfər Gününə həsr olunmuş musiqi gecəsi təşkil edilib Dünən, 10:30 Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram Dünən, 10:00 Azərbaycanın ideoloji təhlükəsizliyi milli suverenliyin qorunmasının əsas şərtlərindəndir 4-11-2026, 20:30 Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanının özbək dilində nəşri təqdim olunub 4-11-2026, 20:00 Azerbaijan’s cultural heritage showcased at festival in South Korea 4-11-2026, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar 4-11-2026, 16:00 Ürək sağlamlığı diqqət mərkəzində 4-11-2026, 15:00 “Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” 4-11-2026, 14:30 Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub 4-11-2026, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib 4-11-2026, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb 4-11-2026, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu 4-11-2026, 09:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30