Türkiyə Böyük Millət Məclisində (TBMM) ölkənin yeni kabinetinin üzvlərinin andiçmə mərasiminin keçirilməsini izlədik. Həmin yeni kadrların tərcümeyi-halına nəzər saldıqda bir daha şahidi oluruq ki, bu insanların hədəfi Türk xalqına, dövlətinə ləyaqətlə xidmət etməkdir.
Bir vacib məqamın telekanallar vasitəsilə müşahidə etdim. Keçmiş nazirlər öz xələflərinə, yeni komandaya vəzifələrini millətin, dövlətin şərəf işi olaraq təhvil verdilər. Böyük bir hörmətlə, ehtiramla öz postlarından çəkildilər. Həmin keçmiş məmurlar heç bir korrupsiya ittihamı ilə üzləşmədən bu prosesə imza atıblar.
Bütün bunlar Türkiyənin seçki təcrübəsinin və siyasi mədəniyyətinin nəticələridir. Bu da bir çox ölkələrə, xüsusilə, MDB məkanına nümunə olacaq təcrübədir.
Onu qeyd etmək lazımdır ki, Türkiyənin seçicisi çox tələbkardır. Onlar istənilən məmurun yaxasından yapışıb öz haqqlarını, hüquqlarını tələb etmək gücündədirlər. Müşahidələrimizə əsaslanaraq demək olar ki, Türkiyədə yalançı vədlərlə, populist çıxışlarla deyil, yalnız məsuliyyətli xidmətlə, insanların problemlərini həll etməklə əhalinin rəğbətini qazanmaq olar. İnanmaq istərdik ki, yeni heyət bu missiyanı qüsursuz yerinə yetirəcək.
Əkrəm Bəydəmirli
Baxış sayı: 1 214
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia

