Dövlətlərin, xalqların üzləşdikləri bəşəri fəlakətlərə baxmayaraq, insan tacirləri öz biznes maraqlarından əl çəkmirlər. Yazıçı-publisist İlham Əliyevin "Malaziyada açılan səhər" bədii romanı da məhz bu mövzuda qələmə alınıb. Sunamidən sonra İndoneziya sahillərində baş verən dağıntılar altından xilas edilən kimsəsiz uşaqlar insan alverçilərinin qurbanına çevrilirlər.
Həmin qurbanlardan biri də Faruk olur. Faruk dağıntılar arasından çıxarılaraq Avropaya satılmaq üçün İndoneziyanın ən ucqar adalarından olan Makkaro adasına aparılır. Lakin bəxt, tale Farukun üzünə gülür. Malaziyadan Makkaro adasına qonaq gəlmiş nəcib, xeyirxah xanım Klara Farukla rastlaşır və onu 4 il əvvəl ölmüş oğluna bənzədir. Xanım Klara Faruka qovuşmaq üçün çalışır, çarpışır və nəhayət, böyük məbləğdə pul ödənişi qarşılığında onu alaraq Malaziyaya gətirir.
Romanda hadisələr Farukun yaşayışı, böyüdükcə özünə yeni dostlar, tanışlar tapması ilə cərəyan edir.
Baxış sayı: 207
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia

