Bu barədə Fact-info.az-a Azərbaycan XİN-dən bildirilib.
Qeyd edilib ki, Ermənistan tərəfinin öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmək, eləcə də Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə hörmət etmək əvəzinə erməni sakinlərin reinteqrasiyası kimi daxili məsələlərə müdaxilə cəhdlərinə hələ də son qoymaması bu ölkənin bölgədə sülh və sabitlikdə maraqlı olmadığını göstərir: “Misal olaraq, Ermənistan Təhlükəsizlik Şurasının katibinə xatırladırıq ki, Ermənistan Üçtərəfli bəyanat çərçivəsində öhdəliklərinə zidd olaraq erməni silahlı qüvvələrini Azərbaycan ərazisindən tam olaraq hələ də çıxarmayıb və bu qüvvələrin Azərbaycan ərazisində mövcudluğu beynəlxalq hüququn bütün norma və prinsiplərinin pozuntusu olmaqla yanaşı, ciddi təhdid mənbəyidir.
Azərbaycanın Laçın sərhəd buraxılış məntəqəsindən gün ərzində onlarla erməni sakinlərin Azərbaycan qanunvericiliyinə və müvafiq prosedurlara əməl etməklə hər iki istiqamətdə sərbəst şəkildə keçməsi bir daha göstərir ki, Ermənistanın reinteqrasiya prosesinə maneçilik cəhdləri uğursuzluğa düçar olub.
Ermənistanı bölgədə sülh və təhlükəsizliyin təmin olunmasına xələl gətirən təhlükəli ritorikadan çəkinməyə, əsassız yerə Azərbaycanı ittiham etmək, beynəlxalq ictimaiyyəti yayındırmaq cəhdlərini davam etdirmək əvəzinə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyi tələb edirik”.
Baxış sayı: 181
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia

