FACT-INFO.AZ » AKTUAL » Yüz illik siyasi tarixin əvəzi olmayan müqaviləsi - Şuşa Bəyannaməsi
8-06-2023, 17:20 | AKTUAL
Yüz illik siyasi tarixin əvəzi olmayan müqaviləsi - Şuşa Bəyannaməsi

Tarixdə oxşar nümunələr çox olub. Bu baxımdan son 100 ildə ictimai-siyasi quruluşların, geopolitik reallıqların dəyişilməsinə rəğmən, heç bir halda pozulmayan bir müttəfiqlik mövcuddur ki, əsrin əvvəllərində Azərbaycan Xalq Cümhuriyyətinin, daha sonra Türkiyə Cümhuriyyətinin qurulması zamanı dünyanı heyrətə gətirən bu birlik əsrin sonunda iki müstəqil dövlətin birgə səyi ilə daha da inkişaf etdirildi. Azərbaycan Prezidenti İlham Əliyevlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasındakı səmimi münasibətlər sayəsində Azərbaycan-Türkiyə əlaqələri bu gün özünün ən yüksək zirvəsinə ucalıb. İki il öncə imzalanan Şuşa Bəyannaməsi isə bu zirvənin daha bir fəthi idi. Prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan arasında 2021-ci il iyunun 15-də Şuşada imzalanan Bəyannamə tarixi Qələbəmizi həzm edə bilməyən bəzi ölkələrə birlik mesaj oldu. Bu, həm də o demək idi ki, Azərbaycanın ərazi bütövlüyünün pozulması, o cümlədən dövlət sərhədləri təhdid olunduğu təqdirdə, Türkiyə təkcə diplomatik, siyasi, mənəvi dəstəkçi kimi deyil, müttəfiq kimi ordusu ilə ölkəmizin yanında dayanacaq. Məhz bu anlamda iki qardaş ölkə arasında tarixi münasibətlərin yeni mərhələsinin əsasını qoyan Şuşa Bəyannaməsi müttəfiqlik sənədi və geostrateji əhəmiyyət daşımaqla, dünyada söz və nüfuz sahibi kimi iki ölkənin mövqeyinin daha da möhkəmlənməsinə xidmət edir. Tariximizdə ilk dəfə olaraq Azərbaycan liderinin digər dövlətin başçısını Qarabağda qarşılaması və bizim üçün mənəvi əhəmiyyət kəsb edən ruhumuzun ünvanı Şuşa şəhərində Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik haqqında Bəyannamənin imzalanması, sözsüz ki, gələcək dərsliklərə yazılacaq mühüm tarixi hadisə kimi yaddaşlarımıza əbədi həkk olundu.

Bu sözləri  Fact-info.az-a açıqlamasında Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü Rəşad Mahmudov söyləyib.

O bildirib ki, Şuşa Bəyannaməsinin məhz Azərbaycan xalqının Qurtuluş Gününə - 15 iyun tarixinə və Qarabağ, Zəngəzur üçün çox vacib sayılan Qars müqaviləsinin 100-cü ildönümünə təsadüf etməsinin xüsusi rəmzi mənası var. Şuşa Bəyannaməsi tərəflərin öz istiqlalını və ərazi bütövlüyünü qardaş millət kimi eyni dərəcədə yüksək və toxunulmaz olaraq dəyərləndirmək baxımından 100 illik siyasi tarixin əvəzi olmayan müqaviləsidir. Şuşa Bəyannaməsi Zəfər savaşında Azərbaycanın haqq davasının yanında olan Türkiyə ilə münasibətlərin real ittifaq halında ifadəsi ilə yanaşı, həm də Türk dünyasının birliyi üçün də müstəsna əhəmiyyətə malik bir sənəd oldu.

Şuşa Bəyannaməsini şərh edən Prezident İlham Əliyev yüz il bundan əvvəl imzalanmış Qars müqaviləsindən bir əsr sonra qəhrəmanlıqla azad edilmiş Şuşa şəhərində müttəfiqlik haqqında imzalanmış birgə sənədi Azərbaycanla Türkiyənin gələcək iş birliyinin istiqamətini göstərdiyini vurğuladı. Bəyannamədə bir çox önəmli məsələlər, beynəlxalq müstəvidə birgə əməkdaşlıq, siyasi, hərbi, mədəni, təhsil, idman, gənclər siyasəti, demək olar ki, bütün sahələr üzrə əməkdaşlıq məsələləri öz əksini tapıb ki, bu da əlaqələrin inkişafına geniş imkanlar açır. Vətən müharibəsində Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə mənəvi baxımdan ölkəmizin yanında olan Türkiyə işğaldan sonra da azad olunmuş ərazilərdə düşmənin amansızlıqla məhv etdiyi tarixi torpaqlarımızda aparılan yenidənqurma işlərində bizimlə bərabər fəal iştirak edir, çiyin-çiyinə yeni kəndlər, şəhərlər salır. Yaxud Türkiyənin zəlzələ bölgəsində azərbaycanlı inşaatçılar yeni və müasir evlərin tikintisinə töhfələrini verirlər. Qardaşlıq, arxalıq və onun yaratdığı xoşbəxtlik də elə budur.

Deputat sonda qeyd edib ki, bu gün Azərbaycan-Türkiyə münasibətləri Şuşa Bəyannaməsi ilə ən yüksək ittifaq nümunəsi olmaqla yanaşı, həm də bölgənin barış və inkişaf içində yaşamasını şərtləndirən ən mühüm amildir. Prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan münasibətləri bütün güclərin bu iki şəxsiyyətin liderlik qüdrətini qəbul etməsinə kömək edib.

Bir sözlə, Azərbaycan-Türkiyə ittifaqı bu gün tək regionun deyil, dünyanın sülh və əmin-amanlıq ünvanıdır.




Baxış sayı: 271
Abbas Zamanovun 115 illiyinə həsr olunan elektron məlumat bazası hazırlanıb Bu gün, 10:30 Süni intellekt kibertəhlükəsizlik mütəxəssislərinin rolunu dəyişir Bu gün, 10:00 Ərdoğan: Ankara fikir ayrılıqlarının diplomatik yollarla həllinin tərəfdarıdır Bu gün, 08:30 Dövlət ümumi təhsil müəssisələrində geyim qaydalarının icrasına dair monitorinqlərə başlanılıb Bu gün, 08:00 Media və Yayım Şurası vətəndaşları süni şəkildə yaradılan informasiya dalğalarının təsiri altına düşməməyə çağırır Dünən, 19:00 "Şahinlərin Görüşü-2026" müştərək taktiki-uçuş təliminin açılış mərasimi keçirilib Dünən, 19:00 Prezident İlham Əliyev İranın daxili işlər nazirini qəbul edib Dünən, 18:00 ANAMA: 1,239.1 hectares cleared of mines and unexploded ordnance last week Dünən, 17:30 İqtisadi bağları zəif olan siyasi birliklərin uzunömürlü və dayanıqlı olması çətindir Dünən, 12:30 Dünyada separatizmə, müharibə cinayətlərinə münasibət fərqli olmamalıdır Dünən, 11:30 Bakıda TDT-yə üzv dövlətlərin əqli mülkiyyət qurumları rəhbərlərinin görüşü Dünən, 11:00 Türk dünyası gənclərinin görüşü maraqlı anlarla yadda qalıb Dünən, 11:00 Azad edilmiş ərazilərdə daha 361 mina, 624 PHS aşkarlanıb Dünən, 10:30 Vətən müharibəsinin xronikası: 11 oktyabr Dünən, 10:30 Türk dövlətlərinin iştirakı ilə ənənəvi futbol yarışı təşkil olunacaq 11-10-2026, 10:00 Azərbaycanlı professorun kitabı ABŞ-də təqdim olunacaq 11-10-2026, 10:00 Ankarada Beynəlxalq Nəsimi Simpoziumu keçiriləcək 10-10-2026, 09:30 Daşkənddə “İrs-Miras” jurnalının özbək dilində nəşri təqdim olunub 10-10-2026, 08:30 ABŞ Prezidenti: Putin Azərbaycan və Ermənistan arasında münaqişəni həll etdiyimə inana bilmirdi 10-10-2026, 08:30 Özbəkistan Prezidenti MDB-də əməkdaşlığın genişləndirilməsinə dair yeni təkliflər irəli sürüb 9-10-2026, 20:30 Dövlət maliyyəsinin səmərəli idarə olunması vacibdir 9-10-2026, 19:30 International travellers visit Ganjasar Monastery Complex 9-10-2026, 17:00 Nobel mükafatçısı Enn Karsonun təcrübəsi: Nizami və Füzuli irsini müasir dünyaya necə çatdırmalı? 9-10-2026, 12:00 Xaqani Şirvaninin 900 illiyinə həsr olunmuş kitab sərgisi açılıb 9-10-2026, 11:00 Prezident İlham Əliyev: 2026-cı ilin ilk yarısında Azərbaycan üzərindən tranzit daşımalarının həcmi 10 faiz artıb 9-10-2026, 11:00 Prezident: Məqsədimiz Azərbaycan üzərindən yükdaşımaların həcmini hər istiqamət üzrə 15 milyon tona çatdırmaqdır 9-10-2026, 11:00 Türkiyənin məktəblərində Azərbaycanın 44 günlük müharibədəki Zəfərinə həsr olunmuş müsabiqələr keçiriləcək 9-10-2026, 10:30 Pentaqon İrana qarşı yeni hərbi əməliyyatlara hazırlaşır - KİV 9-10-2026, 09:00 Mina təhlükəsi məcburi köçkünlərin geri qayıdışına mane olmaqda davam edir 9-10-2026, 08:00 Milli Məclis Avropa Parlamentinin qətnaməsini qərəzli siyasi aksiya kimi qiymətləndirib 8-10-2026, 19:30
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031