FACT-INFO.AZ » MƏDƏNİYYƏT » Avropa Parlamentində “Qarabağ müharibədən sonra” adlı fotosərgi açılıb
7-06-2023, 20:45 | MƏDƏNİYYƏT
Avropa Parlamentində “Qarabağ müharibədən sonra” adlı fotosərgi açılıb

Fact-info.az xəbər verir ki, Qreqori Herpe 2021 və 2022-ci illərdə Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi və Parisdə fəaliyyət göstərən Azərbaycanın Dostları Assosiasiyasının təşkilatçılığı ilə ölkəmizin Qarabağ bölgəsini ziyarət edib, Ermənistanın otuz illik işğalı nəticəsində dağıdılmış tarixi və mədəni irs nümunələrimizi, Azərbaycan tərəfindən aparılan bərpa və minatəmizləmə işlərini lentə alıb. Səfərlər zamanı müəllifin çəkdiyi fotoşəkillər 2021-ci ildə Azərbaycanın Parisdəki səfirliyində nümayiş etdirilib.

Sərginin iyunun 6-da keçirilən rəsmi açılış mərasimində çıxış edən Avropa Parlamentinin üzvü, Avropa Parlamenti – Azərbaycan qrupunun rəhbəri Andris Ameriks nümayiş etdirilən fotoşəkillərin müharibənin yaratdığı dağıntıların və ağrıların kədərini əks etdirdiyini və dərin məna daşıdığını qeyd edib.

A.Ameriks müəllifin Qarabağda baş verənləri hiss etdirmək üçün düzgün kadrlar seçmək bacarığını vurğulayıb. O, Qarabağın Azərbaycan xalqının birlik simvolu olduğunu və tezliklə bərpa olunaraq sakinlərinin evlərinə qayıdacağından əminliyini ifadə edib.

Azərbaycanın Belçikadakı səfiri Vaqif Sadıqov Andris Ameriksə sərgiyə ev sahibliyi etdiyi üçün və Qreqori Herpenə Azərbaycanı müxtəlif ölkələrdə təşkil edilmiş layihələrdə təmsil etdiyi üçün təşəkkür edib, ölkəmizin Cənubi Qafqazda sülh və barışığa yönəlmiş siyasəti, eyni zamanda Ermənistanın otuz il ərzində Azərbaycana qarşı yürütdüyü işğal və etnik təmizləmə siyasəti, tarixi, mədəni və dini irsimizə qarşı talan və dağıntılar haqqında məlumat verib.

Bir çox ölkələrdə təşkil etdiyi humanist fotolayihələrinə görə bir sıra mükafatlar almış Qreqori Herpe çıxışında Qarabağda ilk dəfə 2021-ci ildə olduğunu, əraziləri tamamilə dağıdılmış və talan olunmuş şəkildə gördüyünü bildirib. 2022-ci ildəki səfər zamanı isə Azərbaycan dövlətinin qısa bir zamanda azad olunmuş doğma torpaqlarda apardığı bərpa-quruculuq işlərindən heyrətləndiyini qeyd edib.

Daha sonra müəllif deputat Andris Ameriksə və Azərbaycan tərəfinə layihənin ərsəyə gəlməsi üçün təşəkkür edib.

Sərginin açılışında Avropa Parlamentinin, diplomatik korpusun, kütləvi informasiya vasitələrinin, Avropada yaşayan Azərbaycan diasporunun nümayəndələri və Belçikada təhsil alan Azərbaycanlı tələbələr iştirak ediblər.




Baxış sayı: 168
Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq Bu gün, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib Bu gün, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi Bu gün, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər Bu gün, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır Bu gün, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir Bu gün, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub Bu gün, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib Bu gün, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb Bu gün, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub Bu gün, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub Dünən, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib Dünən, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb Dünən, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» Dünən, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan Dünən, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb Dünən, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib Dünən, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir Dünən, 10:30 Parisdə Zəfər Gününə həsr olunmuş musiqi gecəsi təşkil edilib Dünən, 10:30 Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram Dünən, 10:00 Azərbaycanın ideoloji təhlükəsizliyi milli suverenliyin qorunmasının əsas şərtlərindəndir 4-11-2026, 20:30 Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanının özbək dilində nəşri təqdim olunub 4-11-2026, 20:00 Azerbaijan’s cultural heritage showcased at festival in South Korea 4-11-2026, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar 4-11-2026, 16:00 Ürək sağlamlığı diqqət mərkəzində 4-11-2026, 15:00 “Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” 4-11-2026, 14:30 Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub 4-11-2026, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib 4-11-2026, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb 4-11-2026, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu 4-11-2026, 09:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30