Fact-info.az xəbər verir ki, tədbir çərçivəsində Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən A.S.Puşkin adına Səmərqənd regional kitabxana-informasiya mərkəzinə zəngin kitab kolleksiyası hədiyyə edilib. Kitabxananın oxu zalında Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən hədiyyə olunan kitabların sərgisi açılıb və bir ay ərzində sözügedən nəşrlərin sərgilənməsi nəzərdə tutulub.
Əvvəlcə Səmərqənd regional kitabxana-informasiya mərkəzinin direktoru Zebinisa Şodieva ilə Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov arasında görüş keçirilib. Görüşdə Səmərqənd kitabxana mərkəzi ilə Azərbaycan kitabxanaları arasında əməkdaşlıq əlaqələrinin qurulması, birgə layihələrin icrası, kitabxanada Azərbaycan fondunun yaradılması müzakirə edilib və bu barədə razılıq əldə olunub.
Baxış sayı: 202
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia

