FACT-INFO.AZ » XƏBƏR » Ermənilərin törətdikləri cinayətlərin beynəlxalq müstəviyə çıxarılması istiqamətində işlər aparılır
6-06-2023, 16:15 | XƏBƏR
Ermənilərin törətdikləri cinayətlərin beynəlxalq müstəviyə çıxarılması istiqamətində işlər aparılır

Amma bu əsla elə deyil. Hərbi cinayətlər, insanların azərbaycanlı olduğuna görə, xüsusən də işgəncə verilməklə öldürülməsi son 30 ildə ermənilərin törətdiyi insanlıq əleyhinə silsilə cinayətlərin xronologiyasını təşkil edir. Başlıbel, Fərrux, Edilli istiqamətlərindəki kütləvi məzarlıqlar seriyasına növbəti ünvan əlavə olundu - Şuşa həbsxanası həndəvərində aşkar olunan kütləvi məzarlıq. Bu, insanlıq əleyhinə törədilmiş növbəti dəhşətli müharibə cinayətidir. İcraçılar yenə erməni faşistləri, qurbanlar isə yenə də azərbaycanlılardır.

Fact-info.az-ın məlumatına görə, bu sözləri AZƏRTAC-a açıqlamasında “İnformasiya Təşəbbüslərinə Dəstək” İctimai Birliyinin sədri Cəsarət Hüseynzadə bildirib.

Cəsarət Hüseynzadə qeyd edib ki, ilkin ehtimallara görə, bu məzarlığın günahsız “sakinləri” Şuşa həbsxanasında qanunsuz saxlanılan azərbaycanlılardır.

Həmin həbsxanada azərbaycanlılara verilən ağır işgəncələr, törədilmiş amansız zorakılıq, ölüm hadisələri ilə bağlı yüzlərlə faktlar var. Ekspertlərin apardığı təhlillərə görə, işğal dövründə Şuşa həbsxanasında 360 azərbaycanlı əsir və girov saxlanılıb. Bunlardan 216 nəfəri Azərbaycan tərəfinin səyi nəticəsində azad edilmiş, digərlərinin taleyi bu günə qədər məlum deyil. Çox güman ki, aşkarlanan yeni meyit qalıqları həmin şəxslərə aiddir.

“Acınacaqlı hal ondan ibarədir ki, bu günə qədər əsir və girov düşmüş 4 minə yaxın azərbaycanlının taleyi məlum deyil. Bu naməlumluq, eyni zamanda, yeni məzarlıqların tapılması ehtimalını xeyli yüksəldir. Ermənilər bu məzarlıqları salanda həm də güman edirdilər ki, Qarabağ və ətraf rayonlar onların işğalında olduğu üçün həmin cinayətlərin də üstü açılmayacaq. Azərbaycan 44 günlük Vətən müharibəsi ilə öz əzəli torpaqlarını erməni işğalçılarından təmizlədikdən sonra həmin ərazilərdə işğal dövründə baş verən bütün dağıntıları, ermənilərin törətdikləri cinayətləri aşkarlayaraq, beynəlxalq təşkilatların diqqətinə çatdırır, müvafiq hesabatlar hazırlayır. Dövlət tərəfindən ardıcıl olaraq bu cinayətlərin beynəlxalq müstəviyə çıxarılması üçün işlər aparılır”, - deyə QHT sədri qeyd edib.




Baxış sayı: 303
Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq Bu gün, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib Bu gün, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi Bu gün, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər Bu gün, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır Bu gün, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir Bu gün, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub Bu gün, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib Bu gün, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb Bu gün, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub Bu gün, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub Dünən, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib Dünən, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb Dünən, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» Dünən, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan Dünən, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb Dünən, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib Dünən, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir Dünən, 10:30 Parisdə Zəfər Gününə həsr olunmuş musiqi gecəsi təşkil edilib Dünən, 10:30 Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram Dünən, 10:00 Azərbaycanın ideoloji təhlükəsizliyi milli suverenliyin qorunmasının əsas şərtlərindəndir 4-11-2026, 20:30 Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanının özbək dilində nəşri təqdim olunub 4-11-2026, 20:00 Azerbaijan’s cultural heritage showcased at festival in South Korea 4-11-2026, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar 4-11-2026, 16:00 Ürək sağlamlığı diqqət mərkəzində 4-11-2026, 15:00 “Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” 4-11-2026, 14:30 Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub 4-11-2026, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib 4-11-2026, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb 4-11-2026, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu 4-11-2026, 09:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30