FACT-INFO.AZ » MƏDƏNİYYƏT » Nyu-Yorkda Azərbaycan xalçalarının sərgisi keçirilib
6-06-2023, 07:50 | MƏDƏNİYYƏT
Nyu-Yorkda Azərbaycan xalçalarının sərgisi keçirilib

Fact-info.az "Report"-a istinadən xəbər verir ki, "Davam etdirilən Ənənə" ("Sustainable Traditions") adlı altında keçirilən sərgi Azərbaycanın ABŞ-dəki səfirliyi və Vaşinqtonda fəaliyyət göstərən ABŞ-Azərbaycan Ticarət Palatasının (USACC) birgə təşkilatçılığı, Nyu-Yorkdakı "Türk Evi"nin ev sahibliyi ilə baş tutub.

Sərgidə Azərbaycanın Amerika Birləşmiş Ştatlarında fövqəladə və səlahiyyətli səfiri Xəzər İbrahim, Türkiyənin Nyu-Yorkdakı baş konsul Reyhan Özgür, ABŞ-Azərbaycan Ticarət Palatasının icraçı direktoru Natiq Baxışov, ABŞ-də fəaliyyət göstərən türk və azərbaycanlı diplomatlar, hər iki qardaş ölkənin diaspor aktivləri və yerli ictimayyətin nümayəndələri iştirak ediblər.

Sərginin açılışında çıxış edən USACC-nin icraçı direktoru Natiq Baxışov qonaqlara Azərbaycanın zəngin mədəni irsi olan xalçaçılıq məktəbi və xalçaları barədə ətraflı məlumat verib. Təşkilatçı bildirib ki, Azərxalça ilə ABŞ-Azərbaycan Ticarət Palatası (USACC) arasında əldə olunmuş razılığa əsasən ABŞ-də artıq üçünsü təşkil olunan sərgiyə maraq olduqca böyükdür: "İlk sərgimiz mart ayının 27-də Vaşinqtonda baş tutdu. Bu gün Nyu-Yorka keçirdiyimiz bu sərgi üçüncü ən böyük sərgimizdir. Nyu-Yorka üç kateqoriya üzrə klassik, ənənəvi və müasir üslubda toxunulmuş, keçmişin və bu günün vəhtədini özündə birləşdirən 30-a yaxın xalça gətirmişik. Layihə çərçivəsində ümumilikdə ABŞ-yə Azərbaycanın ucqar kənd rayonlarında xanımlar tərəfindən toxunan 76 xalça gətirmişdik və onlardan artıq 27 onlayn formada satılıb. "Shopify" onlayn satış şəbəkəsi ilə əldə olunmuş razılığa əsasən Azərbaycan xalçalarının ABŞ-də rəsmi olaraq satışı təsdiqlənib. Məqsədimiz bu layihəni davam olaraq həyata keçirərək kənd qadınlarının istisadi ve sosyal güclənməsinə tövhe verməkdir".

Sərginin açılışında çıxış edən Azərbaycanın ABŞ-dəki fövqəladə və səlahiyyətli səfiri Xəzər İbrahim Türk evinin ABŞ-də Azərbaycan xalçalarına ev sahibliyi etməsinin simvolik məna daşıdığını qeyd edib. O, qardaşlıq bağlarının mədəni irsimizə siraət etdiyini, ortaq dəyərlərimizin bu bölgənin xalçalarına xüsusi çalarlar verdiyini, onun rəng kompozisiyasının həllinə çoxçeşidli boyalar bəxş etdiyini bildirib.

Səfir xüsusi zövlə və əl əməyi ilə ərsəyə gələn Azərbaycan xalçalarının dünyada tanındığını deyib. X.İbrahim Azərbaycan xalçalarına amerikalıların böyük maraq göstərməsindən sevinc hissi keçirdiyini vurğulayıb.

Sərgidə çıxış edən Türkiyənin Nyu-Yorkdakı baş konsul Reyhan Özgür Türk evinin Azərbaycan mədəni irsinə ev sahibliyi etməsindən qürur hissi keçirdiyini bildirib.

Daha sonra qonaqlar Qarabağ, Gəncə-Qazax, Quba-Şirvan və Təbriz xalçaçılıq məktəblərinə aid müxtəlif ölçülü yun və ipək xalçaların nümayiş olunduğu sərgini gəzib, xalçalar barəsində ətraflı məlumat alıblar.

Amerikalı qonaqlar göz oxşayan naxışlı Azərbaycan xalçalarının fonunda foto çəkdiriblər.




Baxış sayı: 209
Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq Bu gün, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib Bu gün, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi Bu gün, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər Bu gün, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır Bu gün, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir Bu gün, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub Bu gün, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib Bu gün, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb Bu gün, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub Bu gün, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub Dünən, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib Dünən, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb Dünən, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» Dünən, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan Dünən, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb Dünən, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib Dünən, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir Dünən, 10:30 Parisdə Zəfər Gününə həsr olunmuş musiqi gecəsi təşkil edilib Dünən, 10:30 Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram Dünən, 10:00 Azərbaycanın ideoloji təhlükəsizliyi milli suverenliyin qorunmasının əsas şərtlərindəndir 4-11-2026, 20:30 Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanının özbək dilində nəşri təqdim olunub 4-11-2026, 20:00 Azerbaijan’s cultural heritage showcased at festival in South Korea 4-11-2026, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar 4-11-2026, 16:00 Ürək sağlamlığı diqqət mərkəzində 4-11-2026, 15:00 “Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” 4-11-2026, 14:30 Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub 4-11-2026, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib 4-11-2026, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb 4-11-2026, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu 4-11-2026, 09:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30