Fact-info.az Trend -ə istinadən xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan 2022-ci il üzrə büdcənin icrasına dair müzakirələrdə deyib.
"Bəli, biz Qarabağ əhalisindən onun gələcəyi barədə danışıqlar aparmaq üçün mandat almamışıq. Statusun müəyyən edilməsi məsələsində də buna iddia və ya cəhd etmirik", - Mirzoyan deyib.
"İrəvan Ermənistan-Azərbaycan münasibətlərinin tənzimlənməsi prosesində yalnız Qarabağ erməniləri və rəsmi Bakı arasında dialoqun mexanizmini müzakirə edir, belə ki, onsuz dialoq prosesi natamam və uzunmüddətli ola bilər", - deyə Ermənistanın xarici işlər naziri deyib.
Xatırladaq ki, bundan əvvəl də Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanın 86,6 kv. km ölçüdə ərazi bütövlüyünü tanıdığını bildirib ki, buraya həm Qarabağ, həm də Sovet Azərbaycanının anklavları (Qazaxın 7 kəndi və Naxçıvanın Kərki kəndi) daxildir.
Baxış sayı: 170
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia

