FACT-INFO.AZ » İQTİSADİYYAT » Azad olunmuş ərazilərdə hidrometeoroloji müşahidə sisteminin bərpasına çalışılır
5-06-2023, 13:30 | İQTİSADİYYAT
Azad olunmuş ərazilərdə hidrometeoroloji müşahidə sisteminin bərpasına çalışılır

Fact-info.az xəbər verir ki, nunu ekologiya və təbii sərvətlər nazirinin müşaviri Rasim Səttarzadə bildirib.

O qeyd edib ki, ətraf mühitin mühafizəsi Azərbaycanda dövlət siyasətinin tərkib hissəsi olaraq daim diqqətdə saxlanılan məsələdir və bu, olduqca əhəmiyyətli istiqamət Azərbaycanda bütün sahələrdə ekoloji problemlərin həllinə, dayanıqlı inkişafa şərait yaradır: "Ölkəmizdə əsası Ulu Öndər Heydər Əliyev tərəfindən formalaşdırılan ekoloji siyasət Prezident İlham Əliyev tərəfindən də uğurla davam etdirilir. Birinci vitse-prezident Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti, Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq Təşəbbüsünün-İDEA-nın təsisçisi Leyla Əliyevanın da bu sahədə xidmətləri, önəmli təşəbbüsləri qeyd olunmalıdır".

O vurğulayıb ki, ötən dövr ərzində Azərbaycanda qanunvericiliyin təkmilləşdirilməsi, müxtəlif strateji proqramlar çərçivəsində fəaliyyətin təşkili və ətraf mühitin çirklənməsinin qarşısının alınması və ekoloji vəziyyətin yaxşılaşdırılması istiqamətində tədbirlər görülüb və strateji hədəflərə çatmaq üçün bu işlər davam etdirilir: "Su ehtiyatlarının idarəolunmasının təkmilləşdirilməsi, tullantıların idarəolunması, biomüxtəlifliyin mühafizəsi, atmosfer havasının keyfiyyətinin yaxşılaşdırılması, o cümlədən avtonəqliyyat vasitələrindən atılan tullantıların azaldılması ilə bağlı addımlar atılır. Hazırda işğaldan azad olunmuş ərazilərə xüsusi diqqət ayırılır. Meşə və yaşıllıq ərazilərinin artırılması, ekoloji monitorinq və hidrometeoroloji müşahidə sisteminin bərpası və müasirləşdirilməsi istiqamətində çalışmalar aparılır".

"Həmçinin, biomüxtəlifliyə dəymiş ziyanın aradan qaldırılması və onun dirçəldilməsi üçün xüsusi mühafizə olunan təbiət ərazilərinin bərpası, flora və fauna növlərinin dayanıqlı inkişafının təmin olunması proqramı çərçivəsində reintroduksiya layihələrinin həyata keçirilməsi davam edir. Düşünürəm ki, bu sahənin prioritet seçilməsi yaxın zamanda işğaldan azad olunmuş ərazilərdə ekoloji bərpa prosesinin gözəçarpan olacağına gətirib çıxaracaq”, - müşavir əlavə edib.




Baxış sayı: 231
Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq Bu gün, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib Bu gün, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi Bu gün, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər Bu gün, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır Bu gün, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir Bu gün, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub Bu gün, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib Bu gün, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb Bu gün, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub Bu gün, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub Dünən, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib Dünən, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb Dünən, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» Dünən, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan Dünən, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb Dünən, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib Dünən, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir Dünən, 10:30 Parisdə Zəfər Gününə həsr olunmuş musiqi gecəsi təşkil edilib Dünən, 10:30 Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram Dünən, 10:00 Azərbaycanın ideoloji təhlükəsizliyi milli suverenliyin qorunmasının əsas şərtlərindəndir 4-11-2026, 20:30 Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanının özbək dilində nəşri təqdim olunub 4-11-2026, 20:00 Azerbaijan’s cultural heritage showcased at festival in South Korea 4-11-2026, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar 4-11-2026, 16:00 Ürək sağlamlığı diqqət mərkəzində 4-11-2026, 15:00 “Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” 4-11-2026, 14:30 Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub 4-11-2026, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib 4-11-2026, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb 4-11-2026, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu 4-11-2026, 09:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30