FACT-INFO.AZ » MƏDƏNİYYƏT » Nazim Müzəffərliyə Qırğızıstan Milli Universitetinin "Fəxri professoru" adı verilib
5-06-2023, 08:20 | MƏDƏNİYYƏT
Nazim Müzəffərliyə Qırğızıstan Milli Universitetinin "Fəxri professoru" adı verilib

İyunun 2-də Bişkekdə, Qırğızıstan Milli Universitetində keçirilən tədbirdə Universitetin rektoru Tolobek Abdrahmanov Nazim Müzəffərliyə "Fəxri professor" diplomunu təqdim edib.

Bununla yanaşı, Qırğızıstan Milli Universiteti ilə Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutu arasında elm və təhsil sahəsində qarşılıqlı əməkdaşlıq haqqında anlaşma memarandumu imzalanıb. Sənədi prof. Nazim Müzəffərli və rektor Tolobek Abdrahmanov imzalayıblar.

İyunun 1-2-də Qırğızıstanın paytaxtı Bişkek şəhərində "Cəmiyyət və Elm" İctimai Fondunun təşkiltçılığı ilə "İqtisadi və ekoloji çağırışlar şəraitində davamlı inkişaf" adlı beynəlxalq elmi-praktiki konfrans keçirilib. Qırğızıstan Milli Universitetində keçirilən tədbirdə Azərbaycandan Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunun baş direktoru, professor Nazim Müzəffərlinin (İmanov) rəhbərliyi ilə İnstitutun Post-konflikt Ərazilərin Bərpası Elmi Mərkəzinin rəhbəri, dosent Azər Səfərov və aparıcı elmi işçi, dosent Famil Rüstəmov iştirak ediblər. Alimlərimiz beynəlxalq konfransda məruzə ilə çıxışlar ediblər. Məruzələr ətrafında geniş müzakirələr aparılıb. 

Konfrans MDB Ölkələri Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun dəstəyi ilə təşkil olunub. Beynəlxalq tədbirə Azərbaycan, Rusiya, Qazaxıstan, Qırğızıstan, Belarus, Moldova, Özbəkistandan olan alimlər və tədqiqatçılar qatılıblar.




Baxış sayı: 207
Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq Bu gün, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib Bu gün, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi Bu gün, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər Bu gün, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır Bu gün, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir Bu gün, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub Bu gün, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib Bu gün, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb Bu gün, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub Bu gün, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub Dünən, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib Dünən, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb Dünən, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» Dünən, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan Dünən, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb Dünən, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib Dünən, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir Dünən, 10:30 Parisdə Zəfər Gününə həsr olunmuş musiqi gecəsi təşkil edilib Dünən, 10:30 Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram Dünən, 10:00 Azərbaycanın ideoloji təhlükəsizliyi milli suverenliyin qorunmasının əsas şərtlərindəndir 4-11-2026, 20:30 Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanının özbək dilində nəşri təqdim olunub 4-11-2026, 20:00 Azerbaijan’s cultural heritage showcased at festival in South Korea 4-11-2026, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar 4-11-2026, 16:00 Ürək sağlamlığı diqqət mərkəzində 4-11-2026, 15:00 “Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” 4-11-2026, 14:30 Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub 4-11-2026, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib 4-11-2026, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb 4-11-2026, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu 4-11-2026, 09:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30